Yeni hərbi müqavilə Ermənistanın Rusiyanın nəinki forpostu, tam vassalı olduğunu göstərir
21.08.2010 [09:58]
“Rusiya ATƏT-in Mink qrupunun həmsədri kimi aparılan danışıqlarda əsas vasitəçilərdən biridir. Belə bir müqavilənin imzalanması isə Rusiyanın bu vasitəçilikdə rolunu müəyyən mənada, bitərəf yox, tərəf kimi göstərir. Onun Ermənistanın tərəfində olduğu faktiki olaraq açıq şəkildə ortaya çıxır”. Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair yeni müqavilənin imzalanmasına münasibət bildirərkən deyib.
Mübariz Qurbanlı qeyd edib ki, regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqazın həssas bir bölgə olduğunu deyən millət vəkili qeyd edib ki, belə bir şəraitdə Rusiyanın bu addımı atması Qərb tərəfdən də adekvat addımlarla müşayiət oluna bilər. “Bütövlükdə bu, bölgədə gərginliyi daha da artıracaq. Ona görə də, Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilənin imzalanması, əslində, təcavüzkarı şirnikləndirmək siyasətidir. Tarix belə hadisələrin nə qədər acı nəticələr verdiyini dəfələrlə sübut edib. Təbii ki, Ermənistanın təmənnasız olaraq birtərəfli qaydada silahlandırılması Azərbaycan ictimai rəyində haqlı narazılıq və narahatlıq yaradır” - deyə, o, vurğulayıb.
M.Qurbanlının sözlərinə görə, Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar, bu dövlətlə sıx əlaqələrimiz var. Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinin gözlənildiyini deyən millət vəkili qeyd edib ki, biz dost ölkəyik və Azərbaycan tərəfi bu dostluğu yüksək qiymətləndirir. Bununla belə, YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan Rusiya xarici siyasətində Ermənistana əlahiddə münasibət göstərilməsini düzgün hesab etmir.
“Rusiya ilə Ermənistan arasında hərbi sahədə yeni bir sazişin imzalanmasına o qədər də böyük ehtiyac yox idi. çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxildir. Eyni zamanda, hər iki dövlət arasında bundan əvvəl də bir sıra müqavilələr imzalanıb ki, həmin sənədlərə uyğun olaraq Rusiyanın Ermənistanda hərbi bazaları var. İndiki şəraitdə bu müqavilənin yeni variantda imzalanması və Rusiya hərbi qüvvələrinin Ermənistan ərazisində qalma müddətinin uzadılması Rusiyanın bütövlükdə bu bölgədə həyata keçirdiyi siyasətin təzahürüdür” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlının fikrincə, belə bir sənədin imzalanması bir daha onu göstərir ki, Rusiya Ermənistana həqiqi mənada özünün Qafqazdakı forpostu kimi baxır. Onun sözlərinə görə, bir sıra statistik məlumatlar təsdiq edir ki, Ermənistan iqtisadiyyatı faktiki olaraq Rusiyanın nəzarəti altındadır: “Bütün bunlar açıq şəkildə Ermənistanın Rusiyadan nə qədər asılı vəziyyətdə olduğunu göstərir. Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy aluminum” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar. Əlbəttə, Rusiyanın bu şirkətlərinin Ermənistana yatırımları ola bilsin ki, başqa ərazilərlə müqayisədə istənilən dividenti vermir. Amma bu iqtisadi yatırımlar siyasi məqsədlər, geopolitik maraqlar naminə edilir. 1991-ci ildən Rusiyanın Ermənistana yatırdığı investisiyanın həcmi 2,4 milyard dollar, bütövlükdə Ermənistana yatırılan xarici sərmayələrin 60 faizi həcmində olub. Hazırda Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır.
ölkələr müəyyən hərbi ittifaqlara daxil ola bilər, müqavilə əsasında öz ərazisində hərbi baza yerləşdirə bilər. Məsələn, iqtisadi cəhətdən yüksək inkişaf etmiş Yaponiyanın ərazisində, eləcə də, Cənubi Koreyada, Türkiyədə ABŞ-ın hərbi bazaları var. Bu ölkələr faktiki olaraq hərbi bazası olan dövlətlərlə bərabər səviyyədə münasibətlər qurmağa qadirdirlər. Heç kim deyə bilməz ki, ABŞ Yaponiyanın, Türkiyənin daxili siyasətinə müdaxilə edə bilər. Amma Ermənistan hərbi, iqtisadi sahədə, psixoloji baxımdan tam Rusiyanın nəzarətindədir. Bir ölkənin ki, iqtisadiyyatının 70-80 faizi başqa dövlətin nəzarətindədirsə, həmin ölkəyə müstəqil demək olarmı?”.
YAP İcra katibinin müavini qeyd edib ki, Ermənistanın özündə də Rusiyadan asılılıq etiraf olunur. M.Qurbanlı bu fikri təsdiq etmək üçün ermənilərdən sitat gətirib: “Ermənistanın publisisti Qrand Ter-Abramyanın erməni saytlarında belə fikirləri səslənib: “Bizim yarımmüstəqil prezidentimiz bu müqavilənin imzalanmasından sonra faktiki olaraq Rusiyanın qubernatorlarının birinin səviyyəsinə enəcək”. Bu fikir Ermənistandakı vəziyyətin açıq şəkildə ifadəsidir. Bu gün Sarkisyanın Rusiyanın əyalət qubernatorlarından heç bir fərqi yoxdur. Rusiya işğalçı dövlətin iqtisadiyyatını nəzarət altına alıb, olub-qalan strateji obyektləri Rusiyanın nəzarətindədir, sərhədini Rusiya qoruyur. Ermənistan nəinki forpostdur, tam vassal bir ölkədir. Əsas odur ki, Ermənistan bu addımı ilə müstəqil olmadığını nümayiş etdirir. Ermənistan demək olar ki, hərbi-xarici siyasətdə Rusiyanın tam orbitində fırlanan dövlətdir”.
M.Qurbanlının sözlərinə görə, Ermənistanla hərbi müqavilənin imzalanması Rusiyanın Qafqaz bölgəsində siyasətinin qabarıq şəkildə göstəricisidir. Onun fikrincə, bu müqavilə olmadan da, Rusiya istədiyi vəziyyətdə Ermənistandakı hərbi məsələlərə qarışa bilirdi, hakimiyyətin müəyyənləşməsində də iştirak edirdi. Sadəcə, bu müqavilənin belə açıq şəkildə üzə çıxarılması Rusiyanın bu bölgədə maraqlarını həyata keçirmək istəyən ölkələrə açıq mesajdır.
YAP İcra katibinin müavini qeyd edib ki, Rusiya Qərbə Ermənistanın timsalında Qafqaz bölgəsində marağının olduğunu nümayiş etdirir. Yəni, müqaviləyə əsasən Rusiya hərbi qüvvələri burada bu və digər hərbi əməliyyatlara cəlb edilə bilər. Bu da bölgə üçün böyük qorxu törədir. “Ermənistana müasir silahların verilməsi ilə bağlı əldə olunmuş razılaşmalar bir daha göstərir ki, Ermənistanın ərazisindən Rusiya başqa ölkələr üçün istifadə etmək istəyir. Əlbəttə, bütün bunlar bölgədə sülh və sabitlik faktını ortaya atan Türkiyənin təşəbbüslərinə ziddir, eləcə də, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiki vəziyyətə uyğun deyil”, - deyə M.Qurbanlı vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05

