Seçkilərin təmin olunması baxımından jurnalistlərlə seçki komissiyasının üzvləri tərəfdaşdırlar
26.08.2010 [09:12]
Dünən Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib.
AzərTAc xəbər verir ki, kursların üçüncü günü Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Seçkilər zamanı aşkarlığın təmini, seçkiqabağı təşviqat və seçkiqabağı təşviqatın aparılmasında KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edib.
Dairə seçki komissiyalarının dövlət əhəmiyyətli tədbirlərdən olan seçkinin keçirilməsi kimi xüsusi missiyanı yerinə yetirdiklərini bildirən Əli Həsənov MSK-nın və onun bütün qurumlarının bu prosesdə tam müstəqil olduqlarını diqqətə çatdırıb. Bildirib ki, MSK tam müstəqil bir institutdur və onun fəaliyyəti seçkilərin şəffaf, ədalətli, demokratik təşkilindən və keçirilməsindən ibarətdir. Seçkilərin təşkilinin və keçirilməsinin mahiyyəti isə xalqın iradəsini ortaya qoymaqdır. Beləliklə, ölkədə vətəndaş iradəsinə söykənən hakimiyyət bir qayda olaraq, növbəti seçkilərdə də qalib gəlir. Demokratik cəmiyyətlərdə bütün icra strukturlarının bu sahədə əsas vəzifəsi seçki komissiyalarına xidmət göstərməkdir.
Mətbuatın roluna toxunan Əli Həsənov seçkiqabağı, səsvermə günü və səsvermədən sonrakı proseslər zamanı KİV-lərin fəaliyyətindən danışıb. Bildirib ki, KİV-lərin təmsilçiləri sərbəst şəkildə istənilən məntəqədə və ya dairədə seçkiləri müşahidə etmək hüququna malikdirlər. Seçkilərin təmin olunması baxımından jurnalistlərlə seçki komissiyasının üzvləri tərəfdaşdırlar. Seçki komissiyalarının üzvlərinin vəzifəsi seçkilərin qanun çərçivəsində, şəffaf keçirilməsini təmin etməkdən ibarətdir. KİV təmsilçilərinin vəzifəsi isə seçki prosesinin bütün mərhələsində şəffaflığa nəzarət etmək, seçkinin gedişini və nəticələrini obyektiv işıqlandırmaqdır.
Prezident Administrasiyasının şöbə müdiri dairə seçki komissiyası sədrlərinin suallarını cavablandırıb.
Sonra MSK-nın katibi Natiq Məmmədov “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, müraciətlərə baxılması ilə bağlı MSK-nın təlimatları mövcuddur. Seçki komissiyaları daxil olan bütün müraciətlərə qanunvericiliyə uyğun baxmalıdırlar.
N.Məmmədov bildirib ki, seçkiqabağı təşviqatın aparılması üçün seçki subyektlərinin seçiciləri ilə təmasda olmaları, onlara öz proqramları ilə bağlı məlumat vermələri imkanları təmin edilib. Bunun üçün bütün KİV-lərin imkanlarından istifadə ediləcək. Seçkiqabağı təşviqatın aparılması üçün namizədlərin seçicilərlə qapalı və ya açıq görüşlərin keçirilməsi, təşviqat materiallarının müvafiq lövhələrdə yerləşdirilməsi imkanlarının olduğunu bildirən MSK-nın katibi qeyd edib ki, biz seçkidə iştirak edən subyektlərə həmişə bərabər şəraitin yaradılmasına çalışmışıq.
N.Məmmədov qanunda seçkiqabağı təşviqatın aparılması üçün ödənişsiz efir vaxtlarından əlavə, həm də namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının formalaşdırdıqları seçki fondlarından istifadə etməklə ödənişli efir vaxtından və digər imkanlardan istifadə olunmasının göstərildiyini bildirib.
Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyin əsas tələbi seçkilərdə iştirakçıların hamısı üçün bərabər imkanlar təmin olunmasından ibarətdir. MSK katibinin məruzəsində belə bir inam ifadə olunub ki, ölkəmizdə növbəti parlament seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28

