"Nezavisimaya Qazeta": Qəbələ Verbye ilə rəqabət aparır
14.08.2010 [09:07]
Festivalın bədii rəhbəri, SSRİ-nin və Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qəzetə müsahibəsində deyib ki, festival onunla əlamətdardır ki, məsələn, Rostropoviç festivalı kimi Bakıda deyil, Qəbələdə keçirilir. Bu şəhərin çox qədim tarixi vardır. Bura uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu diyar nadir təbiəti, mənzərəli dağları, mehriban insanları ilə məşhurdur. Təsadüfi deyildir ki, Qəbələni “kiçik İsveçrə” adlandırırlar. Musiqiçilər və festivalın qonaqları burada İsveçrədə keçirilən Verbye festivalını yada salırlar. Yuri Başmet isə deyib ki, “bura Verbyedən də yaxşıdır”.
V.Panfilova yazır ki, festivalın Qəbələdə keçirilməsi ideyası təsadüfi yaranmayıb. İki il əvvəl burada Hollandiyanın “BELTMANN” markalı pianolarının istehsalına başlanıb. Qəbələdə yüksək səviyyəli turizm kompleksi fəaliyyət göstərir. Bunlardan hansının - piano fabriki, otel, yaxud festival ideyasının əvvəl yarandığı məlum deyildir. Təkcə bu aydındır ki, hər şey festival ətrafında yaranıb. İndi bu festivalda iştirak etmək böyük şərəf sayılır.
Qəbələyə gəlmiş musiqiçilərin siyahısı da bunu göstərir: London Kral Filarmonik Orkestri, dünyaşöhrətli ifaçılar - skripkaçı Xloye Xanslip, tenor Emilio Pons, pianoçu Boris Berezovski, vieolonçel çalan və dirijor Dmitri Yablonski, pianoçular Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, dirijor Rauf Abdullayev festivalı əsl musiqisevərlər üçün əlamətdar hadisəyə çevirmişlər. Qəbələ səhnəsində gənc ulduzlar da parlayır. Bəlkə də Bariton Cavid Səmədov festivaldan sonra bütün dünyada tanınacaq.
Fərhad Bədəlbəylinin sözlərinə görə, festivala təkcə klassik musiqi həvəskarları deyil, bəlkə də Motsartın, çaykovskinin, Şubertin, Bramsın, Hacıbəylinin ilahi musiqisini simfonik orkestrin ifasında canlı olaraq ilk dəfə dinləyən Qəbələ sakinləri də gəlirlər. Onlar özləri üçün yeni dünya açırlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır”.
Azərbaycanda beynəlxalq musiqi festivallarının keçirilməsinin təşəbbüskarı da məhz Mehriban xanımdır. YUNESKO-nun baş direktoru İrina Bokova mədəniyyətlərarası dialoqun qurulmasında xidmətlərinə görə Mehriban xanıma “Qızıl Motsart” medalı təqdim edib.
İştirakçıların yekdil rəyinə görə, festival getdikcə şöhrətlənir. Bu il festival ötənilkindən qüdrətli keçib, gələn il isə bu ilkindən daha genişmiqyaslı və parlaq olacaq. Festival dünyanın hər yerindən musiqiçiləri cəlb edir. 2011-ci il festivalının iştirakçılarının siyahısı artıq tərtib edilib. Arzu edənlərin bəziləri, yer olmadığından tədbirə növbəti il qatıla biləcəklər. Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Yalçın Adıgözəlov qəzetə müsahibəsində deyib: “ölkəni daha nə ilə tanıtmaq olar? Siyasətlə, mədəniyyətlə və idmanla. Bu, ən yaxşı vizit kartıdır”.
Xəbər lenti
Hamısına baxSosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28

