İşğalçı ölkəni silahlandırmaq yolverilməzdir
10.08.2010 [09:58]
“Ermənilərin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədini qaytarmaması beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır”. Bu sözləri, SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin Ermənistan tərəfindən qaytarılmamasına və bu məsələdə beynəlxalq təşkilatların susmasına münasibət bildirən millət vəkili hətta İkinci Dünya müharibəsində bu kimi hallara az-az rast gəlindiyini qeyd edib: “Bu hadisə erməni tərəfinin vəhşiliyini aydın şəkildə bir daha göstərdi. Hərbi əsirlərin, itkin düşmüş şəxslərin, həlak olmuş insanların qaytarılması ilə bağlı beynəlxalq normalar, konvensiyalar var. Hələ Birinci Dünya müharibəsindən əvvəl dövlətlər bununla bağlı müəyyən razılaşmalar əldə etmişdi. Əgər bu gün Ermənistan atəşkəsi pozaraq Azərbaycan əsgərini qətlə yetirir və onun cəsədini qaytarmırsa, bu bütün beynəlxalq hüquq normalarının, müharibə qanunlarının pozulması deməkdir. Bu ermənilərin bədxahlığını, erməni simasının nə qədər alçaq olduğunu növbəti dəfə açıq şəkildə göstərir. Bütün millət alçaq ola bilməz, milləti alçaldan şəxslər ola bilər və həmin şəxslər bu gün Ermənistan rəhbərliyindədir”.
Azərbaycan tərəfinin Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı atdığı və atacağı addımlara gəlincə, millət vəkili artıq ATƏT-də bu məsələnin qaldırıldığını və qurumun Minsk qrupuna müraciətin edildiyini bildirib. Mübariz Qurbanlı şəhid Mübariz İbrahimova Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adının verilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı Milli Qəhrəmanımızın ailəsinə baş çəkib. Təşkilatın təşəbbüsü ilə orada tədbirlər keçirilib. Yeni Azərbaycan Partiyası Milli Qəhrəmanın adının daha yüksək səviyyədə təbliği üçün işlər görüb. Eyni zamanda şəhidimizin cəsədinin qaytarılması istiqamətində hökümət tərəfindən bir sıra addımlar atılıb. ATƏT-in toplantısında qurumdakı nümayəndə heyətimiz bununla bağlı məsələ qaldırıb. ATƏT-in Minsk qrupuna müraciətlər edilib. Yeni Azərbaycan Partiyası da bu kimi müraciətlərin edilməsi prosesində iştirak edib. Bu hadisəyə beynəlxalq təşkilatların münasibəti isə təəssüf doğuran haldır. çünki bu təşkilatlar təcavüzkara, beynəlxalq prinsip və normaları pozan tərəfə təzyiq göstərməlidir. Biz isə hələlik bunu müşahidə etmirik. Güman edirəm ki, Azərbaycanın göstərdiyi cəhdlər öz nəticəsini verəcək”.
Rusiyanın Ermənistanla hərbi əməkdaşlığının gücləndirilməsinin bütövlükdə region üçün əlverişsiz bir addım olduğunu deyən YAP İcra katibinin müavini bunun Rusiya-Türkiyə münasibətlərinə də xələl gətirən hal olduğunu qeyd edib. Azərbaycan tərəfindən də Rusiyanın bu addımlarından narahatlıq ifadə olunduğunu dilə gətirən Mübariz Qurbanlı Ermənistanın birtərəfli qaydada silahlandırılmasının bölgədə sülhə xidmət etməyəcəyini vurğulayıb: “Ermənistanı hansısa xarici təcavüzdən qorumaq adı altında bu ölkənin yeni silahlarla silahlandırılması əlbəttə ki, yolverilməzdir. Rusiya ilə də geniş əlaqələrə malikik, strateji əməkdaşlığımız var. Amma təəssüf edirik ki, Rusiya Ermənistana himayədarlıq etməklə, təcavüzkarı şirnikləşdirməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur. Təcavüzkarı şirnikləşdirmək isə böyük faciələrə səbəb ola bilər”.
Millət vəkili eyni zamanda Ermənistanın tikmək istədiyi yeni atom elektrik stansiyasının bölgədə ekoloji vəziyyyətə mənfi təsir edəcəyini bildirib: “Yeni atom elektrik stansiyasını tikmək üçün ilk olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin razılığı alınmalıdır. Ermənistan seysmik zonada yerləşir. Bu ölkədə olan hazırkı atom stansiyası da çox təhlükəlidir. Eyni zamanda, yeni bir stansiyasının tikintisi də təhlükədən xəbər verir. Stansiyada istifadə olunacaq su Araz çayına axıdılacaqsa, biz buna qarşı çıxacayıq, etiraz edəcəyik. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı müəyyən addımlar atacaq. Stansiyanın tikintisi ilə bağlı söhbətlər gedir, tikintinin başlayıb-başlamayacağı isə dəqiq bilinmir”.
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

