Gürcüstanın bayraq etirazı -Tbilisi “kəsib atmır”
15.12.2021 [09:47]
Regional əməkdaşlıq platformasının formatı dəyişə bilərmi?
Pərviz Sadayoğlu
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) “3+3” əməkdaşlıq plarforması çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrlə bağlı bəyanat yayıb. Bəyanatda keçirilən məsləhətləşmələrdə Gürcüstanın dövlət bayrağının istifadəsi qəbuledilməz hesab edilib. XİN-in yaydığı bəyanatda bildirilir ki, Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.
Xatırladaq, dekabrın 10-da keçirilən Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, tədbirdən bir gün öncə mətbuata açıqlamasında Rusiya XİN sözçüsü Mariya Zaxarova da Gürcüstanın tədbirdə iştirak etməyəcəyini açıqlayıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, Cənubi Qafqazda indiyə qədər müxtəlif əməkdaşlıq formatları mövcud olub. Buna misal olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran və ya Azərbaycan-Türkiyə-Rusiya formatlarını göstərmək olar. Bu əməkdaşlıq formatları çərçivəsində regional və qlobal əhəmiyyətə malik layihələr həyata keçirilib. İ.Babayevin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan siyasi-iqtisadi mənzərə yeni əməkdaşlıqlar üçün də münbit şərait yaradıb: “Bu gün Azərbaycan işğaldan azad edilmiş bölgələrdə mühüm işlər aparır. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı nəinki region ölkələri, eləcə də dünyanın aparıcı iqtisadiyyata malik dövlətləri üçün cəlbedicidir. Bu Hava Limanı vasitəsilə beynəlxalq yükdaşımalar həyata keçirilə bilər. O cümlədən “Zəngəzur dəhlizi” adlanan nəqliyyat-kommunikasiya sistemi Şərqlə Qərbi birləşdirəcək yeni iqtisadi aorta sayılır. Bu dəhliz həm də Qara dəniz, Xəzər dənizləri və Fars körfəzi hövzələri ölkələrinin iqtisadi bağına çevriləcək. Daha konkret, bu kimi layihələr yalnız bir neçə dövləti deyil, ümumilikdə qlobal iqtisadi maraqları özündə birləşdirir. Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfər Rusiya, Türkiyə, İran, Ermənistan, o cümlədən Gürcüstan üçün yeni siyasi-iqtisadi üfüqlər açıb. Eyni zamanda, region ölkələri ilə digər böyük iqtisadiyyata malik dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlərinə yeni ruh gətirib. Fikrimcə, formatın necə adlandırılmasından və ya oradakı təmsilçilikdən asılı olmayaraq, bu əməkdaşlıq platforması, bütövlükdə yeni siyasi situasiyada bütün dövlətlər üçün, əsas da region dövlətləri üçün aktualdır”.
İ.Babayev bildirib ki, Prezident İlham Əliyev bu əməkdaşlıq platformasının neçə dövlətin iştirak etməsindən asılı olmayaraq, reallaşacağını deyib. Politoloqun sözlərinə görə, formalaşacaq əməkdaşlıq platformasının “3+3” adlandırılması da simvolik sayıla bilər. “Ola bilsin ki, gələcəkdə bu platformaya digər ölkələr, hətta Orta Asiya ölkələri də qatılsın. Bu da istisna olunmur. Gürcüstanın etirazına gəldikdə isə, bunun səbəbləri bəllidir. Mövcud problemlərlə əlaqədar olaraq iki dövlət arasındakı münasibətlər arzuolunan səviyyədə deyil. Bununla belə, Gürcüstan tərəfi bu platformada iştirakını tam istisna etmir. Belə ki, Gürcüstan hər zaman bildirib ki, sülhü qorumaq, əməkdaşlığı inkişaf etdirmək üçün Bakı və İrəvan ilə birgə müzakirələr apara bilər. Bu, rəsmi Tbilisinin ümumilikdə regional əməkdaşlığa isti yanaşmasından xəbər verir. O da mümkündür ki, Gürcüstan bu əməkdaşlıqda formatdan kənar iştirak etsin. Nəzərə alaq ki, bu ölkə Azərbaycan və Türkiyə ilə yüksək tərəfdaşlıq münasibətlərinə malikdir”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10

