Fars körfəzindən Qara dənizə...
09.12.2021 [10:44]
Yeni tranzit xətt nə vəd edir?
İran, Gürcüstan və Azərbaycan ilkin razılığa gəlib
Pərviz Sadayoğlu
Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması formalaşır. Belə ki, İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayəti bildirib ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib. O qeyd edib ki, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər. Müqaviləyə əsasən, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək. Layihənin pilot mərhələsinin 2022-ci ilin martın 20-dək həyata keçirilməsinə çalışırlar ki, maneələr və problemlər müəyyən olunsun. Nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçiriləcək.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Azərbaycan bu gün istər regional, istərsə də qlobal müstəvidə çoxtərəfli əməkdaşlığın inkişafına öz töhfələrini verir. Ölkəmiz ötən dövr ərzində Şərq-Qərb, eləcə də Şimal-Cənub dəhlizləri üzrə birgə əməkdaşlıqlarla bağlı mühüm təşəbbüslər irəli sürüb ki, bu da nəticə etibarilə iqtisadi inkişafa və əlaqələrin gücləndirilməsinə əhəmiyyətli dərəcədə kömək göstərib: “44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar əməkdaşlıqların daha da genişləndirilməsi üçün mühüm fürsətlər yaradıb. Bəlli olduğu kimi, artıq Zəngəzur dəhlizi məsələsi də öz həllini tapmaqdadır. Bu dəhliz Şərq-Qərb istiqamətində yeni bir logistika deməkdir. Sözügedən İran-Azərbaycan-Gürcüstan tranzit marşrutu da Şimal-Cənub xətti üzrə mühüm iqtisadi üstünlüklər vəd edir. Bu layihə ilə həm də Yaxın Şərq dövlətləri Fars körfəzi vasitəsilə Qərbə yeni bir yol qazanmış olacaq. Təbii ki, bunun iqtisadi üstünlükləri də var ki, bu da təhlil olunmalıdır. Layihənin pilot mərhələsi ərzində əldə olunacaq nəticələr olduqca vacibdir. İnanıram ki, bu layihə də uğurla icra olunacaq və regional inkişafda əsaslı rol oynayacaq”.
Milli Məclisin deputatı Ramil Həsən də ölkəmizin beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu, qlobal əməkdaşlıqlara yüksək töhfələr verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təşəbbüsü və iştirakı ilə formalaşan əməkdaşlıq platformaları dövlətlər arasında həm də siyasi əlaqələrin yüksəlməsində əhəmiyyətli rol oynamaqdadır. Millət vəkilinin fikrincə, Fars körfəzini Qara dənizə birləşdirən yeni tranzit xəttin yaradılması ilə bağlı üç dövlətin əldə etdiyi razılaşma özündə mühüm məqamları əks etdirir: “Azərbaycan dövləti hər zaman əməkdaşlıqlara açıq olduğunu bildirir. Milli maraqlar çərçivəsində inkişaf edən belə əməkdaşlıq əlaqələri həm regional inkişafa, həm də dövlətlərarası münasibətlərə öz təsirini göstərir.
Bəlli olduğu kimi, 44 günlük müharibədən sonra bölgədə altılıq platformanın yaradılması ilə bağlı təşəbbüs irəli sürülmüşdü. Sonrakı mərhələdə bəzi obyektiv və subyektiv məsələlərlə bağlı platformanın reallaşmasında problemlər meydana çıxdı. Məsələn, Gürcüstan tərəfi platformada yer almamasını Rusiya ilə əlaqələndirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman mühüm təşəbbüslərlə çıxış edir və irəli sürülən təklifləri dəyərləndirir. Qeyd edilən layihənin də gələcəkdə böyük bir tranzit xəttinə çevrilmə imkanları təhlil olunur. Hələlik 4 ay ərzində test ediləcək, əldə olunan nəticələrə baxılacaq. Sonrakı mərhələdə keçiriləcək görüşlərdə bununla bağlı əsas qərar veriləcək”.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

