Laçında beynəlxalq hava limanının fəaliyyətə başlaması...
02.12.2021 [10:45]
Azərbaycana mühüm strateji üstünlüklər qazandıracaq
Nardar BAYRAMLI
Ötən gün Laçın rayonunun işğaldan azad edilməsinin bir ili tamam oldu. İşğaldan azad olunan digər ərazilər kimi Laçın rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Bu baxımdan, rayon ərazisində beynəlxalq hava limanının tikintisinin strateji əhəmiyyəti böyükdür. Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə noyabrın 30-da keçirilən Qərargahın iclasında da bu haqda məlumat verilib. İclasda qeyd olunub ki, Laçın hava limanının yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır.
Bəs Laçın Beynəlxalq Hava Limanının siyasi-strateji əhəmiyyəti nədən ibarətdir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın inkişafında yeni dövrün başlanğıcı hesab oluna bilər. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb və hazırda həmin ərazilərdə quruculuq işlərinin sürətlə həyata keçirilməsi siyasi cəhətdən də önəmlidir: “Şərqi Zəngəzur və Qarabağ zonasında görülən işlər təkcə sosial-iqtisadi cəhətdən yox, siyasi baxımdan da əhəmiyyət kəsb edir. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra region ölkələri arasında yeni əməkdaşlıq formatı gündəmə gəlib. Əgər bu platforma reallaşarsa, iştirakçı ölkələrin iqtisadi əlaqələrinin inkişafı, təbii ki, siyasi əlaqələrin də güclənməsinə müsbət təsir göstərəcək. Burada Azərbaycanın azad olunmuş ərazilərində reallaşdırılan infrastruktur, xüsusilə kommunikasiya layihələri xüsusi vurğulanmalıdır. Bilirsiniz ki, ötən il təməli qoyulan “Zəfər yolu”nun tikintisi müvəffəqiyyətlə başa çatdırılıb və cari il noyabrın 7-də açılışı olub. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu layihələr sırasında hava limanlarının tikintisinin strateji önəmi çox böyükdür”.
Politoloq qeyd edib ki, Laçının qan tökülmədən azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun, qəhrəman əsgərlərimizin qanı, canı bahasına qazanılan şanlı qələbəmizin parlaq nəticəsidir: “Laçın rayonu strateji önəm kəsb edən bölgələrimizdən biridir. 1992-ci il mayın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən rayonun işğal edilməsindən sonra Ermənistanla Qarabağdakı erməni separatçıları arasında birbaşa coğrafi əlaqə yarandı. Bu amil digər ərazilərimizin də işğalında rol oynadı. Amma həmin acı günlər keçmişdə qalıb. Hazırda azad olunmuş ərazilərin, o cümlədən Laçının bərpası prosesi uğurla davam edir. Laçında hava limanının tikintisi isə bölgənin beynəlxalq statusunu artıracaq. Hava limanının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Rayonun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçında hava limanının tikintisinin siyasi-strateji əhəmiyyətinə gəlincə, deyə bilərəm ki, gələcəkdə bu əraziyə müxtəlif ölkələrdən birbaşa uçuşlar gerçəkləşəcək. Düşünürəm ki, dost və tərəfdaş ölkələr tərəfindən uçuşların təşkil edilməsi xüsusi diqqət mərkəzində olacaq. Eyni zamanda, gələcəkdə Laçında müxtəlif mövzularda, o cümlədən siyasi xarakterli tədbirlər də keçirilə bilər. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbəni siyasi baxımdan da möhkəmləndirir”.
Laçın hava limanı vasitəsilə bu bölgəyə səfər edən əcnəbilər həmin ərazilərin tarixən Azərbaycana məxsus olmasını təsdiqləyəcəklər. Yəni görülən bu işlər ermənilərin dünya ictimaiyyətini aldatmaq cəhdlərinin ifşası baxımından vacibdir. Ümumilikdə, Laçın beynəlxalq hava limanı və digər mühüm kommunikasiya layihələri region ölkələri arasında siyasi əlaqələrin də güclənməsinə öz töhfəsini vermiş olacaq. Beləliklə, Prezident İlham Əliyevin “Döyüş meydanlarında əldə etdiyimiz tarixi Qələbə sülh və quruculuq qələbəsi ilə davam etməlidir” fikrinə istinad edərək deyə bilərik ki, nəzərdə tutulan böyük siyasi hədəflər dövlət başçısının qətiyyəti və güclü iradəsinə əsaslanır”,-deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20

