Xaçmazda Azərbaycan mətbuatının 135 illiyinə həsr olunmuş regional konfrans keçirilib
17.07.2010 [11:14]
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında qeyd edib ki, yerli icra hakimiyyəti orqanları rayon qəzetlərinə himayədarlıq etməlidir: “Lakin bu himayədarlıq müvəqqəti olaraq həyata keçirilməli, mətbu orqan öz maddi imkanlarını inkişaf etdirdikcə tam müstəqil fəaliyyət göstərməlidir”.
Konfransda, həmçinin, regionlarda internet medianın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirib ki, bu gün internet mediasına böyük maraq var: “Yaxşı olar ki, regionlarda internet media yaradılsın. Hər bir rayonun internet saytı olarsa və gündəlik olaraq baş verən hadisələr, yeniliklər bu saytda yer alarsa, oxucu daha mükəmməl və operativ informasiya ilə təmin olunar”.
Vüsalə Mahirqızı dövlət başçısının Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı tədbirlər keçirilməsi haqqında Sərəncamını yüksək qiymətləndirib və bildirib ki, belə bir Sərəncamın imzalanması Azərbaycanda mətbuata dövlət qayğısının olduğuna bariz nümunədir. APA-nın baş direktoru çıxışında regional mətbuatın durumuna da toxunub. O bildirib ki, regionlardakı mətbuat orqanlarının əksəriyyəti icra hakimiyyəti strukturlarının təsis etdiyi orqan kimi fəaliyyət göstərir: “Azərbaycan Qərbə inteqrasiya yolu tutub və paralel olaraq Azərbaycan mediası da Qərbə inteqrasiya etməkdə, Qərb mediası standartlarına uyğunlaşmalıdır. Gec-tez bu proses başa çatacaq və o zaman regional mətbuat orqanları artıq icra hakimiyyəti qurumlarının təsis etdiyi orqan kimi deyil, müstəqil fəaliyyət göstərməyə hazır olmalıdır”.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb. O, bildirib ki, fond daim xarici təcrübəni öyrənir və öz fəaliyyətini bu təcrübə əsasında təkmilləşdirir. Fondun elan etdiyi yazı müsabiqələri haqqında geniş məlumat verən Vüqar Səfərli qeyd edib ki, bu müsabiqələrə yazı təqdim edənlərin mütləq əksəriyyəti Bakıda fəaliyyət göstərən mətbuat orqanlarının əməkdaşlarıdır: “Təəssüf ki, regional qəzetlərin əməkdaşları bu müsabiqələrdə aktivlik nümayiş etdirmirlər. Bu baxımdan növbəti müsabiqələrdən birini məhz bölgələrdə fəaliyyət göstərən jurnalistlər arasında keçirmək niyyətindəyik”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz tədbirdə çıxış edərək mətbuatın yaranma tarixi, mövcud durum, üzləşdiyi problemlər və həll yolları barədə danışıblar. Konfransda iştirak edən regional mətbuat orqanlarının nümayəndələri də mövzular ətrafında öz fikirlərini bildirib, üzləşdiyi problemlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

