Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident Administrasiyasına 400-dən artıq şəxsin təqdimatı verilib

Prezident Administrasiyasına 400-dən artıq şəxsin təqdimatı verilib

17.07.2010 [11:13]

“Milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar mükafatlandırılmaq üçün Prezident Administrasiyasına 400-dən artıq şəxsin təqdimatı verilib”. Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dünən “Media forum” saytına açıqlamasında belə deyib. Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması barədə Sərəncam imzalayıb. İyunun 10-da imzalanmış Sərəncamda Prezident Administrasiyasına bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərlə çıxış etmək tapşırılıb. Şöbə müdiri “Media forum”a bildirib ki, iyulun 12-dək redaksiyalardan, Mətbuat Şurasından, digər jurnalist təşkilatlarından Prezident Administrasiyasına təqdimatlar daxil olub: “Hazırda verilən təqdimatlar ümumiləşdirilir, onlara baxılır. Əlbəttə, mükafatlandırmağın meyarları var. Xidmətlərin müddəti, səmərəliliyi və başqa amillər nəzərə alınır. Təkliflər hazırlanıb Prezident İlham Əliyevə təqdim olunacaq. Mətbuat orqanlarına birdəfəlik yardımların verilməsi ilə bağlı təqdimatlar da var”.

Paylaş:
Baxılıb: 1022 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30