Əli Əsədov: Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərini tam icra edir
12.11.2021 [16:00]
Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.
Baş nazir Əli Əsədov əlavə çıxış edib və Ermənistan nümayəndəsinə cavab verərək deyib: “Hörmətli hökümət başçıları, iclasda Ermənistan təmsilçisi tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirmək və deyilənlərlə bağlı mövqeyimizi ifadə etmək istərdim. 44 günlük müharibə başa çatıb, Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad edib. 9-10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı imzalanıb. Biz tam şəkildə 9-10 noyabr Bəyanatına sadiqik və onun bütün maddələrini icra edəcəyik.
Moskvada 11 yanvar 2021-ci ildə qəbul edilmiş Bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu maddəsinə gəldikdə isə, Rusiyanın hökumət başçısının müavini, Azərbaycan Baş nazirinin və burada iştirak edən Ermənistan Baş nazirinin müavininin həmsədirliyi ilə yaradılmış işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, “Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir” fikrini şərhsiz qoyardım. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkçə Azərbaycanın deyil, eyni zamanda bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi hamının marağına cavab verir.
Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu.10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb.
Bununla yanaşı bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədi ilə daxil olmuşdular. Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində “Dağlıq Qarabağ” adlanan ərazi vahidi yoxdur. Azərbaycanda “Qarabağ” və “Şərqi Zəngəzur” iqtisadi rayonları var”.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

