Qarabağ məsələsində vahid mövqedən çıxış etmək lazımdır
02.11.2021 [10:35]
Qarabağ məsələsində müxalifətçilik etmək və yanlış mövqe ortaya qoymaq yolverilməzdir
XXI yüzillik informasiya əsridir. Çağımızda informasiya texnologiyalarından və internetin imkanlarından istifadə etməklə geniş auditoriyaya xitab etmək, o cümlədən, ictimai rəyə təsir göstərmək mümkündür. Bu, eyni zamanda milli maraqların, dövlətçilik mənafeyinin qorunması baxımından olduqca vacib faktordur.
Ermənistan mətbuatına istinadla dezinformasiya tirajlamaq tendensiyası güclənib
Lakin son zamanlar sosial şəbəkələrdən istifadə etməklə həm dezinformasiya yaymaq, həm də ictimai rəyi yanıltmaq cəhdlərinin artması müşahidə edilir. Məsələ təkcə bununla bitmir. Xüsusilə, “youtube” platformasında xaricdən idarə olunan internet kanallarında “siyasətçi”, “araşdırmaçı-jurnalist”, “ekspert” adı altında müxtəlif fiqurların zərərli “məlumat”lar yaymaları, milli maraqlara zidd “fikir”lər səsləndirmələri tendensiyası güclənməkdədir. Məsələn, “Osmanqızı TV” adlanan internet kanalında “müxalifət” cildinə bürünərək anti-Azərbaycan təbliğatı aparanlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması, regional təhlükəsizlik, Azərbaycan-Türkiyə birliyi, milli həmrəylik və digər məsələlərlə əlaqədar həm reallıqları əks etdirməyən “fikir”lər səsləndirir, həm də Ermənistan mətbuatına istinadla dezinformasiya tirajlayırlar. AXCP sədri Əli Kərimli də səsləndirdiyi “fikir”lərlə “revanşistlərin siyasi vəkili” missiyasını icra etdiyini göstərir. Onun “Osmanqızı TV” kanalında 71 dəqiqəlik müsahibəsində “Ermənistan ötən bir il ərzində diplomatik nailiyyətlər əldə edib”, “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının inşasının heç bir əhəmiyyəti yoxdur” kimi “qənaət”lər ifadə etməsi həm ictimaiyyət arasında, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqla və ikrah hissi ilə qarşılanıb.
“Millətin, dövlətin, xalqın taleyinə aid məsələlərə həssas və obyektiv yanaşmaq lazımdır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, dezinformasiya yaymaqla məşğul olan bir qrup insan var: “Onlar xüsusilə Qarabağ məsələsi ətrafında gedən proseslərlə əlaqədar ictimai rəydə yanlış fikir formalaşdırmağa çalışırlar. Milli məsələdə qərəzli mövqe tutmaq, yalan məlumatlar yaymaq Azərbaycan xalqının və dövlətinin maraqlarına zərbə vurmaq deməkdir. Bu fəaliyyətlə məşğul olanlar, əsas etibarilə, 2 qrupa ayrılıblar. Birincisi, sensasiya yaratmaq üçün dezinformasiya yayıb pul qazanmaq istəyənlər. İkincisi isə, hakimiyyətə qarşı qərəzli münasibətinə görə dövlətin və xalqın əleyhinə təbliğat aparanlar. Hər ikisi yanlış yanaşmadır və qəbuledilməzdir. Millətin, dövlətin, xalqın taleyinə aid məsələlərə həssas və obyektiv yanaşmaq lazımdır. Elə etmək lazımdır ki, səsləndirilən fikirlər düşmənin əlində bir alətə çevrilməsin”.
“Kimin harada nə deməyindən asılı olmayaraq, reallıq ortadadır”
ADP sədrinin sözlərinə görə, kimin harada nə deməyindən, hansı fikri ifadə etməsindən asılı olmayaraq, reallıq ortadadır: “Kiminsə qərəzli şəkildə “üçtərəfli Bəyanat Azərbaycan üçün kapitulyasiya aktıdır” deməsi ilə Azərbaycan məğlub tərəfə çevrilmir. Dediyim kimi, ortada reallıq var. Ümumiyyətlə, Qarabağ kimi milli məsələdə müxalifətçilik etmək, özü də yanlış mövqe ortaya qoymaq yolverilməzdir. Yenə deyirəm, Qarabağ bizim milli məsələmizdir, ona görə bu məsələdə ümummilli həmrəylik göstərmək, vahid mövqedən çıxış etmək lazımdır”.
Nurlan
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31

