/ / Los-Ancelelsdə Türkiyə konsulunu öldürən erməni terrorçu 40 il sonra azadlığa çıxıb: “Nəhayət ki, Ermənistandayam”
Los-Ancelelsdə Türkiyə konsulunu öldürən erməni terrorçu 40 il sonra azadlığa çıxıb: “Nəhayət ki, Ermənistandayam”
30.10.2021 [19:51]
40 il sonra həbsdən azad olan Hampiq Sasunyan cümə günü Amerika ermənilərinə ünvanlanan bəyanat yayıb: “Mən sizə Ermənistandan inanılmaz sevinclə yazıram. 40 ilə yaxın müddətdən sonra erməni torpağına ayaq basmaq, onun havasını udmaq, suyundan içmək, ailəmin və yaxınlarımın hərarətini hiss etmək mənim üçün şərəfdir. Mənə verdiyiniz sevgi və dəstək illərlə məni ayaqda saxladı. Məni ən qaranlıq günlərdən keçirib bu günə gətirib çıxardı. Mənə yazan, məni ziyarət edən və məni qəlbində saxlayan hər kəsə dərin təşəkkürümü bildirirəm. Nəhayət ki, evdəyəm”.
Ermənistan mətbuatı yazır ki, Sasunyan 1982-ci il yanvarın 28-də Los-Ancelesdə Türkiyənin baş konsulu olmuş Kamal Arıkana sui-qəsd törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzası almışdı. Həmin vaxt onun 19 yaşı vardı. İndi isə o, 58 yaşındadır.
Xatırladaq ki, Kamal Arıkan (1927-1982) iki erməni silahlı şəxs tərəfindən hücuma məruz qalıb. Konsulun avtomobilini atəşə tutan yaraqlılar onu qətlə yetirib. Bu terror aktına görə, Erməni Soyqırımına Ədalət Komandsları adlı təşkilat (JCAG) məsuliyyəti öz üzərinə götürüb. Sui-qəsdçilərdən biri Hampiq Sasunyan qısa müddət sonra həbs edilib. Sasunyanın atası ictimai televiziyada çıxışı zamanı belə demişdi: "Bir türkün öldürülməsinə şadam, amma oğlum bunu etmədi”. O vaxt Sasunyanla bir yerdə olmuş Krikor Saliba Beyruta qaçmışdı. Los-Anceles polisi Sasunyanın avtomobilində axtarış apararaq 357 kalibrli güllə və Los-Ancelesdən Beyruta bir tərəfli aviabilet ələ keçirmişdi. Polis Sasunyanın evində də axtarış aparıb, oradan silah qəbzi, tapança, "Erməni Gənclər Federasiyası"nın manifestini ələ keçirmişdi. Sasunyan özünü təqsirli bilməsə də, məhkəmə onu birinci dərəcəli qətldə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Sasunyanın cəzası daha sonra dəyişdirildi və o, qətli törətdiyini etiraf etdi.
Onu da deyək ki, Türkiyə konsuluna qarşı ilk sui-qəsd cəhdi 6 oktyabr 1980-ci ildə olmuşdu, belə ki, konsulun evi ermənilər tərəfindən atəşə tutulmuşdu.
Elbəyi Həsənli, Sürix. "Yeni Azərbaycan" üçün
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

