YAP-ın Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır
18.06.2010 [09:44]
Məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, YAP-ın deputatları tərəfindən Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təqdim edilən təkliflər ötən seçkilərin nəticələrinə və praktikasına görə irəli sürülüb. Bütün bunlar ümumən seçkilərin daha kompakt, daha demokratik, açıq olması üçün nəzərdə tutulur.
Onun sözlərinə görə, seçkidə qələbə qazanmaq istəyən şəxslər təbliğatını ancaq seçki dövrü üzərində qurmamalıdır: “O, bütün müddət ərzində cəmiyyətdə tanınmalı, mesajlar verməli, özünün mövqeyini açıqlamalıdır. Seçki kampaniyası dövründə, sadəcə olaraq, öz fikirlərini bir daha konkret şəkildə cəmiyyətə çatdırmalıdır. Bizdə isə seçki müddətinin çox uzun olması birincisi, cəmiyyətin bütün enerjisinin, resurslarının, vaxtının ona sərf olunması deməkdir. Halbuki, bu gün cəmiyyətin inkişafı, gündəlik problemlərin həlli ilə bağlı kifayət qədər digər məsələlər də var”.
A.Mirzəzadə deyib ki, beş ilin bir təqvim ili faktiki olaraq ancaq seçki və yaxud seçki proseslərinə gedir. “Xarici ölkələrin də təcrübəsinin öyrənilməsi göstərdi ki, seçkiləri daha qısa müddətə, eyni zamanda, yüksək səviyyədə keçirmək olar. Bu baxımdan hesab edirik ki, bu təkliflər seçkiləri daha açıq və demokratik edəcək. Bu dəyişiklikdə seçki dövrünün 75 gündən 60 günə endirilməsi nəzərdə tutulur. Bununla belə, heç kəsə qanunun qadağan etmədiyi formada seçkiyə hazırlıq qadağan edilmir. Bu gün rəsmi seçki kampaniyası yoxdur, amma ayrı-ayrı mətbuat orqanlarında, televiziyada, ziyalı məclislərində müxtəlif insanların seçkiyə hazırlıqla bağlı fəaliyyətini gözləmək olar. Qanun icazə verirsə, deməli, bu mümkün olan məsələdir” - deyə o, vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Avropa ölkələrində ümumilikdə seçki müddəti təbliğatla birgə 30 gündür. “Biz onlarla müqayisədə, hətta çox uzaqdayıq. İkicisi, namizədlərə vəsaitin ayrılması çox cüzidir. Bu gün kimsə seçkini 200 manatla aparmağa çalışırsa, onun nə dərəcədə digər xərcləri ödəməsi məlum deyil. Hesab edilir ki, xırda kömək etməkdənsə, sonradan bunun hesabatına dair seçki komissiyasına müvafiq arayışlar verilməkdənsə, bundan imtina edilsin, hər bir kəs özünün seçki fondunu yaradır və onu dəstəkləyən siyasi qüvvələrin, ayrı-ayrı imkanlı şəxslərin hesabına özünün seçki fondunu fomalaşdırır” - deyən A.Mirzəzadə, bütün namizədlərin seçki fondunu yarada bilməsinin də mümkünlüyünü bildirib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı da hakim partiya tərəfindən Seçki Məcəlləsinə təklif edilmiş dəyişiklikləri mütərəqqi hesab edir. Onun fikrincə, bu təkliflər böyük, demokratik seçki praktikası olan dövlətlərin təcrübəsinə əsaslanır. Buna görə də, bu məsələyə etiraz edənlərin arqumentləri əsassızdır. Millət vəkili deyib ki, hər bir partiya daim elektoratla işləməlidir: “Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlaşır. Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP həmişə xalqımızın etimadını, dəstəyini qazanıb”.
M.İbrahimqızının sözlərinə görə, bəzi partiyalar isə seçkilərə mövsümi tədbir kimi yanaşırlar. Amma bu yanaşma düzgün deyil, partiyalar bütün fəaliyyəti ərzində seçicilərlə sıx işləməlidir. “Seçkiyə hazırlıq o deməkdir ki, seçkidə qalib olmağa iddialı olan partiyanın cəmiyyətə deməyə sözü olsun. Əgər hansısa partiyanın cəmiyyət qarşısında xidmətləri böyükdürsə, onda qələbəyə inana bilər. YAP da belə partiyalardandır” - deyə o, qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56

