Ərdoğan-Putin görüşü: Regionda nələr, necə dəyişəcək?
23.09.2021 [14:40]
Kreml Ərdoğanın Rusiya səfərinə ciddi hazırlaşır
Xəbər verildiyi kimi, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə ciddi hazırlıq gedir. APA-nın yaydığı məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır”, – deyə Peskov bildirib. Qeyd etmək lazımdır ki, görüşdə ikitərəfli münasibətlər, Suriya probleminin həlli məsələlərinin müzakirə predmeti olacaq: “Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.
Qeyd edilməldir ki, R.T.Ərdoğanın bu səfəri regiondakı proseslərin inkişafına yeni yön verə bilər. Belə ki, Zəngəzur dəhlizinin reallaşması, o cümlədən işğaldan azad edilən bölgələrdə törədilən müxtəlif təxribat xarakterli hadisələrin bu müzakirələrin əsas predmeti olacağı gözlənilir. Digər tərəfdən, Ermənistan tərəfi artıq Türkiyə ilə danışıqlara başlamaq arzusunu dilə gətirib. Türkiyə isə qarşılığında rəsmi İrəvanın 10 noyabr sazişinə əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu şərtini səsləndirib. Bu mənada, ekspertlər də Moskva görüşünün mühüm əhəmiyyət daşıyacağı düşüncəsindədirlər.
Milli Məclisin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü Elnur Allahverdiyev bildirib ki, Türkiyə Prezidentinin Rusiyanın paytaxtında müzakirə edəcəyi məsələlər genişspektrli xarakter daşıyır. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin əsas müzakirə predmeti ola biləcəyini vurğulayan millət vəkilinin fikrincə, Türkiyə ilə Rusiyanın son dövrlərdə bir sıra problemlərə baxışları üst-üstə düşür ki, bu da prinsipcə həm bütövlükdə region üçün müsbət haldır, həm də Azərbaycanın maraqlarına cavab verir: “Səfərlə bağlı bizim üçün əsas maraqlı məqam regional məsələlərin müzakirələri olacaq. Ermənistan hazırda ən aktual problemə çevrilmiş “Zəngəzur dəhlizi” məsələsində müqavimət imitasiyası edir. Halbuki, bu dövlət 2020-ci il üçtərəfli Bəyanatına əsasən, bununla bağlı öhdəlik götürüb. Amma hər bir halda rəsmi İrəvan bütün digər məsələlərdə olduğu kimi, burada da uzun müddət müqavimət göstərə bilməyəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan bütün bəndlərin icrasını Ermənistana məcbur etdirmək iqtidarındadır və bunu edəcək”.
E. Allahverdiyev onu da qeyd edib ki, son günlər ərzində rəsmi İrəvanın Türkiyəyə doğru reveranslar etməsi, münasibətlərin normallaşmasına hazır olduğunu bildirməsi də maraqlı məqamlardandır: “Türkiyə Prezidenti görüşlə bağlı təklifin qarşılığında Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu deyib. Dialoq, sadəcə, ünsiyyət naminə olmamalıdır, Türkiyə və Azərbaycan belə məqamlara kifayət qədər həssas yanaşan ciddi dövlətlərdir. Güman ki, Rusiya paytaxtındakı müzakirələrdə bu məsələ də əsas mövzulardan biri kimi çıxış edəcək”, - deyə millət vəkili vurğulayıb.
Politoloq Elxan Şahinoğlu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan işgüzar səfərinin region dövlətlərinin diqqət mərkəzində olduğunu deyib. Onun sözlərinə görə, bu görüşdə müzakirə olunacaq mövzular rəngarəngliyi ilə seçilir: “Məsələn, Suriyada davam edən gərginliklər, İdlibdə baş verənlər, oradakı mülki əhalinin vəziyyəti, o cümlədən ikitərəfli əlaqələrin genişlənməsi və enerji mövzuları müzakirə predmeti ola bilər. Amma təbii ki, bizi ən çox maraqlandıran görüşdə Cənubi Qafqaz bölgəsinin vəziyyəti, Qarabağdakı gərginliklərlə bağlı səslənən fikirlər olacaq. Ümid edirik ki, cənab Ərdoğan bu məsələləri Rusiya dövləti qarşısında qaldıracaq. Təəssüflə qeyd etməliyəm ki, hazırda biz Qarabağda bir sıra təxribatların şahidi oluruq. Oradakı silahlı birləşmələr hələ ki, tərksilah edilməyiblər və Laçın dəhlizində də bəzi özbaşınalıqlar baş verir”.
Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük qələbə qazandığını deyən E.Şahinoğlunun fikrincə, bununla yanaşı, bəzi problemlər də var ki, mütləq öz həllini tapmalıdır. Politoloq Azərbaycan dövlətinin Laçın dəhlizinə nəzarətinin təmin olunmasının vacibliyini önə çəkərək Moskvada bu məsələ ilə bağlı da fikir mübadiləsinin aparılacağını düşünür: “Digər əsas mövzu isə təbii ki, “Zəngəzur dəhlizi”dir. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarına görə, bu dəhliz açılmalıdır. Sadəcə, Ermənistan bu məsələni hələlik yubadır. Təbii ki, bu məsələdə də Rusiyanın Ermənistana böyük təsir imkanlarından yararlanmaq lazımdır. Düşünürəm ki, nəticəsindən asılı olmayaraq, Azərbaycanın müttəfiqi olan dövlətin başçısı bu məsələni də Vladimir Putinin qarşısında qaldıracaq”, - deyə E.Şahinoğlu əlavə edib.
Qeyd edək ki, dünən Ərdoğan BMT Baş Assambleyasında Türkiyənin Krımın qanunsuz ilhaqını tanımayacağı və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyini söyləyib. Rusiya tərəfinin bu açıqlamaya münasibəti özünü çox gözlətməyib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə liderinin açıqlamasının təəssüf doğurduğunu deyib: “Əlbəttə ki, prezidentin (Ərdoğan) Rusiyaya işgüzar səfərinin hazırlıqlarının aparıldığı bir vaxtda bu cür bəyanatların verilməsinə təəssüflənirik”.
P.Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

