Azərbaycan estafeti Türkiyəyə ötürür
17.09.2021 [14:38]
Ötən iki il ərzində ölkəmizin sədrliyi Türk Şurasına nələri qazandırdı?
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay İstanbulda keçirilməsi planlaşdırılan növbəti Zirvə Görüşündə sədrlik Azərbaycandan Türkiyəyə keçəcək, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olması da nəzərdə tutulur.
2019-cu ilin oktyabrından quruma rəhbərlik edən Azərbaycan ötən iki ildə öz missiyasını uğurla yerinə yetirib. Belə ki, təşkilatın strukturunun yenilənməsi, o cümlədən sədr qismində üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi və ən əsası, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi istiqamətində Azərbaycan mühüm təşəbbüslərlə çıxış edib. 2020-ci ilin aprelində “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda ilk dəfə olaraq videoformatda təşkil olunan dövlət başçılarının sammiti bu baxımdan xüsusi qeyd edilməlidir.
Bununla yanaşı, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbə Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaradıb. Ekspertlərin qənaətinə əsasən, bu ilin iyununda Azərbaycan ilə qardaş Türkiyə arasında imzalanmış strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsi isə digər türkdilli dövlətlər üçün də yaxşı nümunə kimi mühüm presedent yaradır.
Milli Məclisin deputatı Ramil Həsən qəzetimizə açıqlamasında Azərbaycanın Türk Şurasına sədrlik etdiyi ötən iki ilin uğurlu olduğunu deyib. Bu müddətin yarıdan çoxunun əsasən koronavirus pandemiyası dövrünə təsadüf etdiyini vurğulayan millət vəkili, hətta bu krizis dönəmində belə üzv dövlətlər arasında iqtisadi və siyasi əməkdaşlığın güclənməsi yönündə əhəmiyyətli addımların atıldığını söyləyib. R.Həsən deyib ki, Azərbaycanın təşəbbüsləri və səyləri Türk Şurasına üzv olan ölkələr arasındakı münasibətlərin inkişafı üçün böyük önəmə malikdir: “Azərbaycanın sədrliyi dövründə təşkilatın bir sıra sahələr üzrə hökumət strukturları arasında işçi qrupları və nazirlər şurası yaradıldı. Bununla yanaşı, üzv dövlətlərin xarici işlər, iqtisadiyyat nazirləri arasında görüşlər keçirildi, əməkdaşlıqların genişləndirilməsi ilə bağlı qarşılıqlı müzakirələr baş tutdu. Bəlli olduğu kimi, Türk Şurası beynəlxalq - dövlətlərarası qurumdur və əslində, Avropa Birliyi modelinə bənzəyir. Artıq təşkilatda 16-ya yaxın hökumətlərarası işçi qrupu formalaşdırılıb. Azərbaycan konkret olaraq iki il ərzində dost, qardaş ölkələri bir araya gətirən bu beynəlxalq təşkilatın dünya miqyasında imicinin möhkəmlənməsi istiqamətində xeyli iş gördü. Xüsusilə, 2020-ci ildə videoformatda keçirilmiş dövlət başçılarının Bakı sammitində Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizə çərçivəsində BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etməsi və bir neçə aydan sonra bu təşəbbüsün reallaşması xüsusi önəm daşıyır”.
R.Həsən onu da qeyd edib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etməsi Türkdilli dövlətlərin münasibətlərinin inkişafı üçün də yeni imkanlar yaratdı. “Bütün bunlar ümumilikdə Türk Şurasının güclənməsinə və fəaliyyətinin daha da genişlənməsinə yol açıb. Türk Şurası 2019-cu ildən etibarən üzvlərinin sayını da artırıb. Özbəkistan uzun illərdən sonra bilavasitə ölkəmizdə keçirilən zirvə toplantısında yenidən tamhüquqlu üzv kimi təşkilata qəbul edildi. Macarıstan dövləti isə tam müşahidəçi statusu aldı. Ötən iki il ərzində əldə olunan ən böyük nailiyyətlərdən biri də Türk Şurasının Macarıstanın paytaxtı Budapeştdə Avropa Birliyi nəzdində beynəlxalq ofisinin fəaliyyətə başlamasıdır”, - deyən R.Həsən onu da əlavə edib ki, bu il iyunun 15-də qardaş Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalaması da Türkdilli dövlətlərin gələcək münasibətləri üçün nümunəyə çevrilməlidir.
Milli Məclisin deputatı Müşfiq Məmmədli də ötən iki il ərzində Azərbaycanın Türk Şurasına uğurla sədrlik etdiyini deyib. Vətən müharibəsində qazanılan qələbə nəticəsində regionda yeni siyasi reallıqların yarandığını vurğulayan millət vəkili bildirib ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatda yeni kommunikasiya xətlərinin, konkret olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın olması və bu istiqamətdə fəaliyyətin aparılması Türkdilli dövlətlərin iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə yaxından dəstək olacaq: “Bu gün istər regional müstəvidə, istərsə də türkdilli ölkələr arasındakı əlaqələrin inkişafı baxımından Zəngəzur dəhlizinin reallaşması strateji əhəmiyyətə malikdir”.
Millət vəkili onu da əlavə edib ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan növbəti zirvə görüşü yeni mərhələdə iqtisadi münasibətlərin inkişafı üçün mühüm perspektivlər yarada bilər. Bir sözlə, ötən iki il ərzində beynəlxalq nüfuzu daha da artmış Türk Şurası qarşıdakı dönəmə yeni planlarla və layihələrlə qədəm qoyacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40

