/ / Milli Məclisin sədri beynəlxalq konfransda Azərbaycanın COVID-19-a qarşı mübarizəyə dair qlobal təşəbbüsləri barədə çıxış edib
Milli Məclisin sədri beynəlxalq konfransda Azərbaycanın COVID-19-a qarşı mübarizəyə dair qlobal təşəbbüsləri barədə çıxış edib
08.09.2021 [09:12]
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında “COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir” mövzusunda müzakirələrdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində qlobal səylərə töhfə vermək məqsədilə Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci ilin mayında Hərəkatın COVID-19-a qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşünü təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsini təklif edib. Həmin təşəbbüs ümumilikdə BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası baş tutub.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsini açıq şəkildə qınayıb. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədilə, BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib: “Eyni zamanda, biz hər fürsətdə, inkişaf etmiş ölkələri, habelə beynəlxalq donor təşkilatlarını ehtiyacı olan ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”.
S.Qafarova nəzərə çatdırıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib.
O xatırladıb ki, COVID-19 pandemiyası qlobal təchizat zəncirinə görünməmiş dərəcədə təsir göstərib. Nəqliyyat və ticarətin asanlanlaşdırılması vasitəsilə, o cümlədən rəqəmsal texnologiyalardan istifadə etməklə bağlılığın təşviqi və multi-modal nəqliyyat dəhlizlərinin inkişafı qlobal təchizat zəncirinin dayanıqlılığını möhkəmləndirəcək və pandemiya sonrası bərpa səylərində dövlətlərə kömək edəcək. Spiker deyib ki, Azərbaycanın trans-regional nəqliyyat layihələri bu məqsədlərə öz töhfəsini verəcək.
Azərbaycanın post-pandemiya dövrü üçün güclü, məqsədyönlü və əlaqələndirilmiş addımların atılması istiqamətində bir sıra təkliflər irəli sürdüyünü xatırladan Milli Məclisin sədri deyib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonra bərpa dövrünə dair mövqeyinin formalaşdırılması məqsədilə Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi də həmin təkliflər sırasında yer alır. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatı tərəfindən COVID-19 pandemiyasından sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsini də məqsədəmüvafiq hesab edir. Həmin panel dünyanın pandemiyadan daha uğurlu və tez çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.
Xəbər lenti
Hamısına baxGündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45

