/ / Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq
Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq
17.08.2021 [14:21]
“Azərbaycan tərəfindən sülh sazişi barədə təklifin irəli sürülməsinə baxmayaraq, Ermənistan nəyin bahasına olursa-olsun, ən müxtəlif təxribatlarla gərginliyi artırmağa, bölgədə münaqişə vəziyyətinin qaldığını görüntüləməyə və bununla da üçüncü qüvvələrin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır. Azərbaycan Prezidentinin “CNN Türk” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq və müxtəlif istiqamətlərdən Azərbaycana qarşı həyata keçirilən təxribatların qarşılığı ən sərt formada veriləcək, 44 günlük müharibənin ədalətli nəticəsinin yaratdığı reallıqlar ölkəmizin üstün mövqeləri ilə daha da möhkəmləndiriləcək”.
Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bu səbəblərin sırasında erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, Türkofobiya, Azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə “nəfəs alması”, erməni Qriqoryan kilsəsinin, diasporun, öz fəaliyyətlərində terroru vasitə kimi seçən radikal millətçi təşkilatların apardıqları təbliğat, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olan sağlamdüşüncəli insanların təzyiqlərə məruz qalması, məhv edilməsi də var: “Məhz bu və Ermənistandan bölgədə maşa kimi istifadə edən xarici qüvvələrin nəzarəti altında olan siyasətçilərin fəaliyyəti nəticəsində erməni cəmiyyəti zamanında regiondakı reallıqları qəbul edə bilməyib, miflərin arxasınca sürünüb, bu miflər darmadağın ediləndə isə ağır psixoloji sarsıntı içərisində qalıb. Ermənistanın təxribatlarının davam etməsində kapitulyasiyaya uğramış ölkəni yenidən silahlandırmağa, təcavüzkar qüvvələri yenidən ruhlandırmağa cəhd göstərənlərin “xidməti” də az deyil. Məhz bu səbəbdən Azərbaycanın sülh müqaviləsi təklifinin uzun müddət masa üzərində qalmayacağını hər kəs başa düşməli və nəticə çıxarmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

