Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Respublika Günü Moskvada qeyd olunub

Azərbaycanın Respublika Günü Moskvada qeyd olunub

01.06.2010 [11:50]

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Moskvanın “Yevropeyski” Ticarət-Əyləncə Mərkəzində Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə tədbir keçirib. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya və Azərbaycanın rəsmi dairələrinin və ictimaiyyətlərinin nümayəndələri, xarici ölkələrin  Moskvada akkreditə olunmuş səfirləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənib.
ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu əlamətdar bayram münasibətilə toplaşanları təbrik edib. O, deyib ki, 92 il əvvəl Şərqdə ilk demokratik respublika yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə o zaman qəbul edilmiş Bəyannamə  mahiyyət etibarilə müasir demokratik cəmiyyətimizin əsasını qoyub.
Stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O, təbrik nitqində bildirib ki, bu gün Rusiyada və onun hüdudlarından kənarda heç kim şübhə etmir ki, Azərbaycan dinamik inkişaf edən, tarazlaşdırılmış xarici siyasəti, habelə dövlətçilik işində qazandığı nailiyyətlər, cəmiyyətin sosial-iqtisadi və mədəni potensialının yüksəlməsi sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış bir  dövlətdir.
 Qriqori Karasin deyib: “Rusiya Azərbaycanı məhz belə güclü, sabit, Qafqaz və Xəzər regionlarında sülh və təhlükəsizlik naminə əməkdaşlığa və birgə konstruktiv fəaliyyətə açıq bir ölkə kimi görmək istəyir. Sevindirici haldır ki, təməli sovet dövrünün və zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi xətti Azərbaycanın indiki rəhbərliyi tərəfindən inamla davam etdirilir. Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında qarşılıqlı anlaşma və ehtiram, ölkələrimizin rəhbərliklərinin münasibətlərimizin hərtərəfli inkişafına meyli Rusiya və Azərbaycan xalqlarının rifahı naminə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin etibarlı təminatıdır. Əminəm ki, Rusiya və Azərbaycan siyasi, iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi işində müsbət təcrübəni inkişaf etdirmək iqtidarındadırlar. Bu vəzifənin uğurla həyata keçirilməsinin ən güclü arqumenti xalqlarımız arasında ənənəvi dostluq münasibətləridir”.
Bayram gecəsi Azərbaycan və Rusiya mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 1144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30