Naxçıvan Muxtar Respublikasında yeni nəsil telekommunikasiya şəbəkəsi istifadəyə verilib
20.05.2010 [10:09]
“Huavey” şirkətinin Orta Asiya, Türkiyə və Qafqaz üzrə vitse-prezidenti Şi Ro Quanq yeni sistemin tətbiqinə görə muxtar respublika telefon istifadəçilərini təbrik edib. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov regionların sosial-iqtisadi inkişafında rabitənin mühüm rolunu qeyd edib, muxtar respublikada digər sahələrdə olduğu kimi, bu sahədə də böyük quruculuq işləri aparıldığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəbəkənin istifadəyə verilməsi münasibətilə bu sistemin yeniliklərindən istifadə edəcək 20 minə yaxın abunəçini və digər istifadəçiləri təbrik edərək deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə telekommunikasiya sahəsinə ciddi diqqət ayırmış və bu sahənin inkişafı üçün xüsusi tədbirlər görüb. Heç də təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərimizin rəhbərliyi ilə telekommunikasiya sahəsində Milli Strategiya qəbul olunmuş və hazırda Prezidentimiz tərəfindən uğurla davam etdirilir. İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra ilk səfərini İsveçrəyə edib, burada keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsində milli strategiyasını bəyan edib, ölkəmizin “qara qızıl”ının insan qızılına çevirmək zərurətini ön plana çəkib. Artıq biz bu sahədə görülən işlərin şahidiyik. Əgər Azərbaycandan ayrı düşüb, blokada vəziyyətində yaşayan Muxtar Respublikada yeni nəsil texnologiyaları üzrə sistem istifadəyə verilirsə, bunun özü Azərbaycanın inkişafının göstəricisidir. Yeni sistem hələ Muxtar Respublikanın qonşularının heç birində yoxdur.
Ali Məclisin sədri bu sistemin istifadəyə verilməsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və nazir Əli Abbasovun səylərini qeyd etmiş, ona öz təşəkkürünü bildirib.
Ali Məclisin sədri muxtar respublikada telekommunikasiya sahəsində çox işlər görüldüyünü vurğulayıb.
Sonra şəbəkəyə baxış keçirilib.
Ali Məclisin sədri kompyuter vasitəsilə 7 rəqəmli nömrə planını sistemə daxil edib.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi əhaliyə ən müasir rabitə xidmətləri göstərilməsinə imkan verəcək. Yeni sistem Naxçıvan Muxtar Respublikasının rayonlararası, şəhərlərarası və beynəlxalq bağlantılarının ən müasir siqnallaşma protokolları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq. Bundan əlavə Naxçıvan şəhərində beynəlxalq standarta uyğun 7 rəqəmli nömrə planına keçid və 2 rəqəmli şəhərlərarası zona kodunun qəbul edilməsi təmin olunacaq.
Sonra “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məmməd Məmmədovla video-telefon əlaqəsi yaradılıb. Baş direktor Muxtar Respublika abunəçilərini yeni sistemin tətbiqi münasibətilə təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29

