/ / “Caspian News” portalında 44 günlük müharibədə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib
“Caspian News” portalında 44 günlük müharibədə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib
08.04.2021 [08:41]
“Caspian News” xəbər portalında “Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi yeni faktlarla təsdiqlənib” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsinin regional və beynəlxalq media qurumlarının diqqət mərkəzində olduğu vurğulanır.
Yazıda bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan davamlı minatəmizləmə əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhəri ətrafında iki partlamış raketin qalıqları tapılıb və martın 15-də tapılmış həmin raket qalıqlarının Rusiya istehsalı olan “İsgəndər” raketləri olduğu təsdiqlənib. Həmin raket qalıqları agentliyin nümayəndələri tərəfindən keçən həftə paytaxt Bakıda nümayiş etdirilib ki, bu da Azərbaycana qarşı böyük dağıdıcı gücə malik raketin istifadə olunması ilə bağlı bir sıra suallar doğurub.
“İsgəndər” raketlərinin xüsusiyyətləri barədə ətraflı məlumat verilən məqalədə qeyd olunur ki, “İsgəndər” raketi çoxsaylı döyüş sursatları, o cümlədən döyüş başlığı, gücləndirilmiş partlayış başlığı və anti-radar missiyaları üçün nəzərdə tutulmuş elektromaqnit cihazı, eləcə də nüvə başlıqları ilə təchiz edilə bilən raket növüdür. “İsgəndər” raket sistemi iki variantda istehsal olunur: “İsgəndər-M” və İsgəndər-E”. “İsgəndər-M” raket növü Rusiya hərbçilərinin istifadəsi üçün, “İsgəndər-E” isə ixrac üçün nəzərdə tutulub. İxrac üçün nəzərdə tutulan “İsgəndər-E” raketi maksimum 280 kilometr, ballistik raket kompleksi - “İsgəndər-M” isə 500 kilometr radiusa malikdir.
Məqalədə, həmçinin qeyd olunur ki, “İsgəndər” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə buraxılması ilə bağlı ətraflı məlumat təqdim edən məhz Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan olub. Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın “Forbes” jurnalına verdiyi müsahibəyə istinad edilən məqalədə deyilir: “İsgəndər” raketindən istifadə etməyimə yalnız Şuşa şəhərində icazə verildi və mən də istifadə etdim. Bu, bizə müəyyən üstünlüklər verdi və biz bir neçə tankı şəhərə gətirməyi bacara bildik. Baş nazir Nikol Paşinyan isə beynəlxalq ictimaiyyətin sərt qınağından qorxaraq raketin istifadə edilməsini qadağan etmişdi”.
Xəbər lenti
Hamısına baxİdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48

