/ / İşğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb
İşğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb
18.03.2021 [09:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci il fevralın 15-də və martın 16-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə videokonfrans formatında görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Azərbaycanın dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edən Hikmət Hacıyev sonuncu videogörüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb.
Hikmət Hacıyev 30 ilə yaxın işğal dövrü ərzində həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı Ermənistanın törətdiyi vandalizmin miqyasının dəhşətli olduğunu bildirib.
Prezidentin köməkçisi görüşdə Azərbaycanın mədəni və dini abidələrin qorunması sahəsində nümunəvi təcrübəyə malik olduğunu, ölkəmizin beynəlxalq səviyyədə mədəni-dini abidələrin bərpasına töhfə verdiyini qeyd edib. O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə bu yaxınlarda Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Vatikanda səfərdə olduğunu və səfər çərçivəsində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalandığı haqqında məlumat verib.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

