Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Əl Ərəbiyə” telekanalı 44 günlük Vətən müharibəsi ilə bağlı reportaj yayımlayıb

“Əl Ərəbiyə” telekanalı 44 günlük Vətən müharibəsi ilə bağlı reportaj yayımlayıb

16.03.2021 [09:20]

“Əl Ərəbiyə” telekanalı ötən il sentyabrın 27-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin başlanması səbəbləri barədə reportaj yayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müsahibəsi də verilib. Diplomat qeyd edib ki, müharibənin başlamasının əsas səbəbi ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi, 30 ilə yaxın davam edən danışıqların nəticəsiz qalması, torpaqları boşaltmaqdan imtina edən Ermənistanın son hərbi təxribatı olub. Buna cavab olaraq, Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirərək ərazilərimizi düşməndən azad edib.
Səfir vurğulayıb ki, müharibə zamanı Ermənistan Yaxın Şərq ölkələrindən gətirdiyi muzdlu əsgərlərdən Azərbaycana qarşı istifadə edib. Eyni zamanda, ölkəmiz Qarabağın erməni icmasına Azərbaycan vətəndaşları kimi ərazimizdə dinc yanaşı yaşamağı da təklif edib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31