Azərbaycan ideal bir məkandır
28.04.2010 [10:10]
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil daxili və xarici siyasi kurs Azərbaycan xalqının firavan yaşayışını təmin etməyə, respublikamızın beynəlxalq nüfuzunun gücləndirilməsinə, dünya dövlətləri sırasında layiqli yerini tutmasına yönəlib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf edir, yoxsulluğun həddi ildən-ilə daha aşağı faiz göstəriciləri ilə ifadə olunur, beynəlxalq siyasi münasibətlərdə Azərbaycanın mövqeyi ilə hesablaşırlar.
Ən önəmlisi isə odur ki, bütün bu irəliləyişlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da diqqətlə izlənilir. Belə ki, müxtəlif beynəlxalq təşkilatlarını illik hesabatlarında, xarici ölkələrdəki siyasi ekspertlərin məqalə və rəylərində Azərbaycanın inkişafı, tam müstəqil siyasət yeritməsi, regionda aparıcı dövlətə çevrilməsi dövrün gerçəkliyi kimi dəyərləndirilir.
Belə nümunələrdən biri kimi, bu yaxınlarda ABŞ-ın nüfuzlu “Huffinqton Post” qəzetində dərc olunan məqaləni göstərmək olar. “Əzəmətli diyardan qəribə səs” başlıqlı məqalənin müəllifi Kaliforniyanın “Tool Shed Group LLC” analitik mərkəzinin tanınmış eksperti Ceyson Katzdır. Dəfələrlə Azərbaycanda olmuş və ölkədə gedən prosesləri dərindən araşdıran ekspert ölkəmizi dünyəvi, tərəqqipərvər, Qərbyönümlü, müxtəlif mədəniyyətlərin qovuşduğu, insanların azad yaşadığı bir diyar kimi təsvir edib: “Doğrudan da Azərbaycan Şərq və Qərb sivilizasiyalarını özündə birləşdirən bir ölkə, dünyanın bütün hissələrində yaşayan insanların görmək istədikləri ideal bir məkandır”.
Müəllif Azərbaycan xalqının rifah halına toxunaraq vətəndaşların yaxşı maaşlı işlə təmin olunduqlarını, rahat və firavan yaşadıqlarını qeyd edib.
Azərbaycanda olarkən C.Katzın diqqətini çəkən digər bir məsələ respublikada görülən işlər, aparılan mütərəqqi islahatlar olub. Belə ki, ölkəmizdə gerçəkləşdirilən geniş infrastruktur layihələri, müasir yolların salınması, sosial xidmət sahələrinin təkmilləşdirilməsi istiqamətində işlər, eləcə də, sənaye və kənd təsərrüfatının, neft-kimya və enerji sektorunun inkişafı müəllifin nəzərindən yayınmayıb. Həqiqətən də, bu gün Azərbaycanda hərtərəfli inkişafı müşahidə etmək heç də çətin deyil. Belə ki, bir tərəfdən yeni açılan saysız-hesabsız iş yerləri, digər tərəfdən, sosial-iqtisadi inkişaf proqramları çərçivəsində büdcədən ayrılan vəsait hesabına sosial-məişət problemlərinin həlli və bütün sahələrin inkişafı, eyni zamanda, Bakının və ətraf şəhərlərin, rayonların abadlaşması, gözəlləşməsi bugünkü Azərbaycanın real daxili simasını təşkil edir.
Eksperti heyrətləndirən digər bir amil isə, Azərbaycanın tarixən demokratik ənənələrə sahib olması, hətta bəzi hallarda demokratiyanın beşiyi sayılan ölkələrdən daha əvvəl demokratik addımlar atmasıdır. Azərbaycanın müsəlman dünyasında ilk demokratik parlamentli respublika olduğunu bildirən müəllif ölkəmizin dinindən, irqindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara seçki hüququnun verilməsində ABŞ-ı qabaqladığını vurğulayıb. Azərbaycanın imza atdığı başqa “ilk”lərdən biri də, müsəlman aləmində ilk operanın bu diyarda yazılmasıdır.
Bundan başqa, Azərbaycan olduqca fəal xarici siyasət yeridir. Uzun illər Sovet imperiyası tərkibində yaşayan Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra ABŞ, Avropa ölkələri və İsrail ilə sıx əlaqələr yarada bilib. Ekspertin sözlərinə görə, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ATƏT-in, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi Avratlantik məkana uğurla inteqrasiya edir.
Müəllif Azərbaycanda mövcud olan dini, etnik tolerantlığı, müxtəlif xalqların nümayəndələrinin ölkəmizdə əsrlər boyunca mehriban şəraitdə yaşamasını yüksək qiymətləndirib. O, özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi hesab edən yəhudilərin içərisində parlament üzvlərinin olduğunu xüsusi qeyd edib.
Azərbaycandakı inkişafı, dəyişiklikləri görmək istəməyən bəzi insanlara təəccübünü bildirən C.Katz Prezident İlham Əliyevin ağıllı və uzaqgörən siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini bildirib. Müəllif buna bariz sübut kimi, prezident seçkilərində xalqın İlham Əliyevə göstərdiyi böyük etimadı qeyd edir.
Obyektiv gerçəkliyi olduğu kimi dəyərləndirən ekspert məqaləsini aşağıdakı sözlərlə tamamlayıb: “Reallıq bundan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sabitlik, davamlı iqtisadi inkişaf hökm sürür, ölkənin beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

