Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının keçmiş baş katibi Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının keçmiş baş katibi Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib

12.02.2021 [09:21]

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) keçmiş baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib. Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.
ICAPP-ın keçmiş baş katibi olaraq Çung Eui-Yong Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman xüsusi önəm verib, Azərbaycanla Koreya Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verib.
Qeyd edək ki, Çung Eui-Yong ICAPP-ın Daimi Komitəsinin üzvü kimi Yeni Azərbaycan Partiyasının dəvəti ilə dəfələrlə Azərbaycanda səfərdə olub. O, Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkəmizdəki sürətli inkişafı və YAP-ın bu uğurlardakı rolunu hər zaman yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərarın təşəbbüskarı olub.
Çung Eui-Yong Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında, həmçinin Gənclər Qolunun 2-ci toplantısında iştirak edib.
Koreya Respublikasının indiki xarici işlər naziri Çung Eui-Yong 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində ICAPP-ın baş katibi olaraq müşahidəçi kimi də iştirak edib.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31