Bölgədə daha artıq gərginlik arzuolunmazdır
21.04.2010 [09:13]
Azərbaycan XİN başçısı müzakirələrin nəticəsi olaraq, bəzi məsələlərin daha da aydınlaşdığını, Vaşinqton danışıqları barədə daha ətraflı məlumat əldə olunduğunu vurğulayıb.
Türkiyə xarici işlər naziri bütün məsələlərdə və mərhələlərdə Azərbaycanla qarşılıqlı təmas şəklində işləməkdən məmnun olduqlarını qeyd edib: “Biz buna böyük əhəmiyyət veririk. Son prosesləri əvvəlcə Prezident İlham Əliyev, sonra isə Elmar Məmmədyarovla müzakirə etdik. Vaşinqtonda keçirilən nüvə təhlükəsizlik sammitindən əvvəl Türkiyə XİN Aparatının rəhbəri Firudin Sinirlioğlu Azərbaycana gələrək, rəsmi Bakının məsələyə münasibətini öyrənmişdi. Sammit çərçivəsində xeyli görüşümüz oldu. Bütün görüşlərimizdə əsas hədəf olaraq Qafqazda sülh, təhlükəsizlik və sabitliyə əsaslanan prosesin davam etməsini göstərdik. Əvvəldən də missiyamız bundan ibarət idi. Ermənistan-Azərbaycan probleminin həlli və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi də missiyanın tərkib hissəsidir”.
Ə.Davudoğlu Azərbaycan və Türkiyənin hədəflərinin açıq olduğunu bildirib: “Bu hədəf Cənubi Qafqazda bütün əlaqələrin normalaşdırıldığı, sərhədlərin açıldığı, təhlükəsizliyin və qarşılıqlı etimadın olduğu yeni mərhələni başlatmaqdır. ümid edirik ki, ATƏT-in Minsk qrupunun səyləri ilə də bu, mümkün olacaq, hədəfə çatacağıq. Biz bütün tərəflərlə təmasları davam etdirərək, hədəfimizə çatmaq üçün lazımi səyləri davam etdirəcəyik”.
Türkiyə XİN başçısı qeyd edib ki, bölgədə daha artıq gərginlik istənilmir: “Madrid prinsipləri ətrafındakı prosesləri çox yaxından izləyirik. Vaşinqton səfərindən bir müddət öncə Baş nazir Rəcəb Tayyib Ərdoğanla Parisdə Fransanın prezidenti Nikola Sarkozi ilə görüşdük. Daha sonra Vaşinqtonda ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər ölkənin prezidenti Barak Obamayla görüşdük. Baş nazirimiz Rusiyanın prezidenti ilə görüşdü. Biz bütün həmsədr ölkələrə və Ermənistana mesajımızı çox açıq verdik. Söhbət gedən Madrid prinsipləri ətrafında həqiqətən çox böyük bir fürsət pəncərəsi var. Hər kəs bu imkandan istifadə etməlidir. Artıq zamana oynamaq yerinə hər kəsin bu prinsiplər ətrafında qalıcı bir çözüm üçün səy göstərməsi lazımdır. Türkiyə bu mövzunu hər bir beynəlxalq toplantıda gündəmin əsas maddəsi kimi səsləndirir”.
Elmar Məmmədyarov isə bildirib ki, Dağlıq Qarabağ probleminin nizamlanmasında böyük irəliləyişin olub-olmayacağını demək hələ tezdir: “Bizim üçün əsas olan odur ki, Türkiyənin dəstəyi ilə Dağlıq Qarabağ probleminin nizamlanma prosesini daha da canlandıraq”.
Azərbaycan xarici işlər naziri iranlı həmkarı Mənuçöhr Mottakinin Azərbaycan, Ermənistan və İran XİN başçılarının birgə görüşünün keçirilməsi ilə bağlı təklifinə aid sualı da cavablandırıb: “Biz tezliklə Cənubi Qafqazda sülh və sabitlik olmasını istəyirik. Bu sülh və sabitliyə nail olmağın yolları da çox önəmlidir. İran da bu regionda olan dövlətdir. İran üçün də Cənubi Qafqazda tezliklə sülh-sabitliyin olması vacibdir. Biz Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasına və məcburi köçkünlərin geri qayıtmasına kömək edə biləcək bütün təşəbbüsləri dəstəkləyirik”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

