/ / “The Economist” jurnalında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri dağıntılar barədə məqalə dərc olunub
“The Economist” jurnalında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri dağıntılar barədə məqalə dərc olunub
18.12.2020 [09:07]
Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunmuş “Azərbaycanlılar özlərinin dağıdılmış evlərinə qayıdırlar” sərlövhəli məqalədə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə dağıdılmış şəhər mərkəzləri, kəndlər, qəsəbələr barədə məlumat verilir. Həmin ərazilərin altı həftə davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyi diqqətə çatdırılır.
AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, abidələrin və məscidlərin dağıdıldığını və məhv edildiyini bildirir. Bir vaxtlar Azərbaycanın münbit və məhsuldar torpaqlara malik Füzuli rayonu işğaldan azad edildikdən sonra rayon ərazisində basdırılmış minlərlə minanın olduğu qeyd edilir.
Məqalədə Azərbaycanın Ağdam şəhərinin sakini Aidə Hüseynova ilə müsahibə də yer alıb. O, XIX əsrə aid dağıdılmış məscidin fotolarını göstərir, özünün 1993-cü ildə ermənilərin hücumundan əvvəl Ağdamı tərk edərək xilas olduğunu bildirir.
Müəllif həmin vaxt bir milyona yaxın azərbaycanlının köçkün düşdüyünü, indi onların işğaldan azad olunmuş rayonlarına geri qayıtmaq şansı əldə etdiklərini vurğulayır. Qeyd edir ki, buralar nüvə hücumuna məruz qalmış ərazini xatırladır. Hər tərəfdə kilometrlərlə uzanan divarların dağıntılarından başqa heç nə gözə çarpmır. Rayon ərazisində yeganə salamat qalan bina məsciddir. “Bu mənzərəyə ürəkağrısı ilə baxıram”, - deyə Aida Hüseynova bildirir.
Məqalədə altı həftə davam edən döyüşlər nəticəsində Azərbaycanın Ermənistan silahlı qüvvələrinin 1990-cı illərdən bəri işğal altında saxladığı Füzuli və Ağdam rayonları da daxil olmaqla öz ərazilərini azad etdiyi diqqətə çatdırılır.
Vurğulanır ki, ermənilər azərbaycanlılara məxsus bu rayonlardan bufer zonası kimi istifadə ediblər və onların bir çoxunu yaşayış üçün yararsız vəziyyətə salıblar. Binalar darmadağın edilib. Ermənilər azərbaycanlı sakinlərin qoyub getdikləri evləri talan ediblər. Ekspertlərin qiymətləndirmələrinə görə, bu kabus şəhərlərinin yenidən dirçəldilməsi üçün milyardlarla dollar vəsait lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

