/ / Dmitri Kiselyov: Azərbaycan Ordusu indiyədək görünməmiş qüdrətə malikdir və bu, İlham Əliyevin xidmətləridir
Dmitri Kiselyov: Azərbaycan Ordusu indiyədək görünməmiş qüdrətə malikdir və bu, İlham Əliyevin xidmətləridir
17.11.2020 [09:56]
“Rusiya 1” kanalında yayımlanan “Vesti nedeli” verilişində Qarabağda hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat barədə danışılıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları sülh bəyanatından sonra Qarabağda müharibəyə son qoyulduğunu qeyd edib.
Kiselyov Ermənistan baş nazirinin Cıdır düzündə rəqs etdiyi kadrların nümayişi fonunda qeyd edib ki, Paşinyanın bu hərəkəti Bakıda təxribat kimi qarşılanmışdı.
“İlham Əliyev prezidentliyi dövründə, - onun dövlətin sükanı arxasında uzun müddət qalmaq şansı böyükdür, - Qarabağın statusu olmayacağını bəyan edib”, - deyə D.Kiselyov bildirib.
Jurnalist vurğulayıb ki, hazırda Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsini qeyd edir. Azərbaycan Ordusu indiyədək görünməmiş qüdrətə malikdir və bütün bunlar İlham Əliyevin xidmətləridir.
D.Kiselyov xatırladıb ki, iki il yarım bundan əvvəl rəngli inqilablar texnologiyası əsasında hakimiyyətə gələn Paşinyan Azərbaycan ilə danışıqlardan imtina edərək “Qarabağ Ermənistandır və nöqtə” demiş, danışıqlar masası arxasına oturmaq əvəzinə Şuşaya rəqs etməyə getmişdi. Paşinyanın bu “özgüvəni”nin arxasında Ermənistanı və Qarabağı aldatmaq məqsədi dururdu. Vəziyyətin yetərincə qiymətləndirilməməsi son nəticədə Paşinyanın bacarıqsız komandasını döyüşlər zamanı lap əvvələn sonadək öz xalqını aldatmağa vadar etmişdi.
“İndi nə olacaq” deyə D.Kiselyov soruşur və əlavə edir ki, Ermənistan ordusu yerlə-yeksan olub. Ermənistanın indi çətin dövrlər yaşadığını vurğulayan D.Kiselyov itki yarasının zamanla qasnaq bağladığını yada salaraq bu zamanı inkar, qəzəb, alver, depressiya və qəbuletmə kimi mərhələlərə bölüb. Rusiyalı jurnalist deyib: “Ermənistan inkar mərhələsini artıq ötüb, indi qəzəb mərhələsini yaşayır. Növbəti mərhələ isə ölkə daxilində və xaricdəkilərlə alverdir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

