Tahir Rzayev: Ermənistan sülh istəmir
05.11.2020 [08:33]
“İkinci Qarabağ müharibəsinin başlamasından keçən bir ay Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Torpaqlarımızın xeyli hissəsi erməni təcavüzkarlarından azad edildi və düşmənə ağır zərbələr vuruldu, demək olar ki, erməni silahlı birləşmələrinin əsas qüvvəsi və mövqeyi sıradan çıxarıldı. Bu gün düşmən çıxılmaz vəziyyətdədir və Ermənistanın baş naziri Paşinyan müharibəni dayandırmaq, erməniləri ölümdən xilas etmək üçün dünya dövlətlərini, bir çox rəhbərləri, beynəlxalq təşkilatları təngə gətirib”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də heç vaxt qan tökmək tərəfdarı olmayıb, O, həyatı boyu ədaləti, əmin-amanlığı, sülhü dəstəkləyib, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə azad olunmasına çalışıb. Ancaq Ermənistanın hərbi-siyasi rəhbərliyi nəinki danışıqlara gəlmir, beynəlxalq hüquq normalarına əməl etmir, əksinə təcavüzkarlıq siyasətini daha da genişləndirir.
Komitə sədrinin sözlərinə görə, bu gün çıxılmaz bir vəziyyətə düşdükləri halda belə onlar öz çirkin əməllərindən əl çəkmirlər: “Prezident İlham Əliyev İtalyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibəsində də bir daha Ermənistanın təcavüzkarlıq siyasətindən, insanlığa sığmayan çirkin əməllərindən danışmış, erməni təcavüzkarlarının bəşəriyyət üçün qəbuledilməz olan hərəkətlərini, təxribatlarını, xalqımızın başına gətirilən bəlaları xatırlatmışdır. Bildirmişdir ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub və Ermənistan işğal edilmiş ərazilərin bircə qarşını belə qaytarmağa hazırlaşmır. Sülhə gəlmək üçün Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əlbəttə, ayrı yol yoxdur. Azərbaycan xalqı 30 il səbr edib dözmüş, beynəlxalq təşkilatların vədlərinə inanaraq danışıqlara ümid bağlamış və nəhayət bunun əhəmiyyətsiz olduğunu hiss edərək torpaqlarını işğaldan azad etməyə başlamışdır. Dövlətimizin rəhbəri, xalq, şanlı ordumuz bir qarış torpağı belə düşmənə verməmək, ərazilərimizin təcavüzkarlardan tam təmizlənməsi andına sadiqdir və bu yolda mübarizə sona kimi davam edəcəkdir. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

