Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırımla görüşüb
03.11.2020 [09:39]
Noyabrın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova qonaqları salamlayaraq, ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdiklərinə görə nümayəndə heyətinin hər bir üzvünə dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, bir millət, iki dövlət kimi ölkələrimiz arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Dilimiz, dinimiz, mədəniyyətimiz, bölüşdüyümüz dəyərlər, həmçinin uğurlarımız və kədərlərimiz də birdir.
Sədr İzmirdə baş vermiş zəlzələ zamanı həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından, Azərbaycan parlamentinin deputatları adından başsağlığı verib, xalqımızın onların dərdinə şərik olduğunu söyləyib.
Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra həyata keçirilən əks-hücum əməliyyatları barədə söz açıb. Qeyd edilib ki, torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlayan Ermənistan münaqişə ilə bağlı BMT-nin qətnamələrini, nüfuzlu beynəlxalq qurumların qərarlarını yerinə yetirməkdən bu illər ərzində boyun qaçırıb. Problemin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti isə heç bir nəticə verməyib. İndi Azərbaycan öz torpaqlarını özü işğalçılardan azad edir. Biz bu məsələdə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyənin hökumətinə və xalqına təşəkkür edirik.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu vurğulayan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Spiker deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda sıx görüşlərinin ümumi məqsədlərə xidmət etdiyini söyləyib. Bildirilib ki, ölkələrimizin əlaqələri təkcə siyasi deyil, iqtisadi sahədə də yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Ötən il Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları həcmində olub. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu ilin ilk 8 ayında bu göstərici 3 milyard dollara çatıb.
Spiker, həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bölgədə qlobal layihələrin həyata keçirilməsini təmin edən dövlətlərdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri dövlətlərimizin birgə iradəsinin məhsuludur.
Milli Məclisin Sədri Binəli Yıldırımın dəfələrlə ölkəmizdə səfərdə olduğunu xatırladaraq, onun bundan sonra da ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfələr verəcəyinə inamını ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım ölkəmizə növbəti səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. B.Yıldırım Azərbaycanın öz ərazilərini azad etmək üçün erməni işğalçılarına qarşı apardığı mübarizədə xalqımıza dəstək vermək üçün ölkəmizə səfər etdiklərini bildirib. Qonaq vurğulayıb ki, problemlə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan öz işini özü görür. Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır.
Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin Sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Türkiyənin yüksək vəzifəli rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.
Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri haqqında fikirlərini bölüşən Binəli Yıldırım bu işbirliyinin hər iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirib.
Görüşdə Türkiyə ilə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputat Məlahət İbrahimqızı, TBMM-nin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, türkiyəli millət vəkili Cəlal Adan, Türkiyə nümayəndə heyətinin üzvü Gürşad Zorlu çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu günü və inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

