/ / Azər Badamov: Prezident İlham Əliyevin arqumentlərə söykənən fikirləri Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir
Azər Badamov: Prezident İlham Əliyevin arqumentlərə söykənən fikirləri Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir
03.11.2020 [09:21]
“Azərbaycan Ordusunun hərb meydanında nümayiş etdirdiyi əzm, rəşadət hər bir azərbaycanlını qürurlandırır. Sentyabrın 27-də ermənilərin həyata keçirməyə çalışdıqları hərbi təxribatlara qarşı Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı rayonlarımızın bir neçəsinin azad edilməsi ölkəmizdə böyük ruh yüksəkliyi yaradıb. Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Ən əsası isə Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət kursu dünya ictimaiyyətinin əsl həqiqətlərlə tanış olmasını, erməni yalanlarının iflasa uğramasını təmin edib. Cənab Prezidentin təmkinli, çevik və arqumentlərə söykənən fikirləri Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir. Bu gün Azərbaycana qarşı olan qüvvələr Ali Baş Komandanın qarşısında aciz olduqlarını etiraf edirlər. Artıq bütün beynəlxalq ictimaiyyət Ermənistan dövlətinin terror siyasəti həyata keçirdiyini, dinc əhaliyə qarşı amansız davranışını, müharibə cinayətləri, soyqırımları törətdiyini əyani şəkildə görür”.
Bunu qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti xarici mətbuata müsahibələrində bir daha ölkəmizin mövqeyini açıq şəkildə ortaya qoydu. “Azərbaycan işğalla heç zaman barışmayacaq. Ölkəmizin öz torpaqlarını işğaldan azad etməyə və ərazi bütövlüyünü təmin etməyə tam haqqı var. İstər tarixi həqiqət, istər beynəlxalq hüquq, istərsə də haqq-ədalət Azərbaycan əsgərinin tərəfindədir. Azərbaycan Prezidenti erməni tərəfinə dəfələrlə xəbərdarlıq etmişdi ki, əgər Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq. Təəssüf ki, Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı, yeni təxribatlar törətməyə çalışdı və bunun da layiqli cavabını aldı”.
Millət vəkili onu da əlavə edib ki, bu gün Ermənistanın mülki əhaliyə davamlı atəş açması, yaşayış evlərini, dinc insanları hədəfə alması vəhşiliyin ən bariz nümunəsidir. Ermənipərəst qüvvələrin işğalçı ölkəyə verdiyi dəstək, ATƏT-in Minsk qrupunun işğalçı dövlətə qarşı sərgilədiyi loyallıq onları yeni-yeni cinayətlərə əl atmağa sövq edir. A.Badamov bir daha beynəlxalq aləmi bu cinayətlərə son qoymaq üçün Ermənistana qarşı ciddi addımlar atmağa səsləyib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30

