Anar Eyvazov: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
21.10.2020 [09:15]
Ötən müddət ərzində cəbhədə və dövlət sərhədi boyu müdafiə mövqelərimizi, eləcə də yaşayış məntəqələrimizi atıcı silahlarla və artilleriya vasitələri ilə atəşə tutan düşmən qüvvələri ordumuz tərəfindən darmadağın edilib. Ermənistan ordusu Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu, Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki döyüş mövqelərimizi, o cümlədən Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayış məntəqələrimizi artilleriya və iriçaplı silahlarla atəşə tutub. Atəş nəticəsində mülki şəxslərdən iki nəfər həlak olub, bir nəfər ağır yaralanıb. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 20-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Bildirilib ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı bölmələrimiz uğurlu əməliyyatlar yerinə yetirib. Artilleriya atəşləri ilə gücləndirilmiş bölmələrimizin xüsusi əməliyyatları nəticəsində düşmənin 1-ci, 2-ci, 5-ci və 246-cı alaylarının, eləcə də 10-cu dağatıcı, 18-ci motoatıcı diviziyalarının komandir heyəti və muzdlu döyüşçülər daxil olmaqla xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralanıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.
Polkovnik-leytenant Anar Eyvazov qeyd edib ki, aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edir, tutduqları mövqeləri tərk edib geriyə çəkilməyə məcbur olub. Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanından fərarilik edir, geriyə çəkilir.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, erməni mətbuatında düşmənin guya Xudafərin ərazisində əməliyyat keçirdiyi iddia edilir. Bildiririk ki, bu məlumatların hamısı yalandır. Ermənistan ordusu Xudafərin ərazisində əməliyyat keçirmək iqtidarında deyil və Xudafərini birdəfəlik unutmaları daha yaxşı olar.
Əməliyyatların gedişində Azərbaycan Ordusunun müasir silahları və döyüş texnikası yalnız düşmənin hərbi hədəflərinin məhv edilməsinə və preventiv tədbirlər çərçivəsində mülki əhalini hədəfə almış legitim hədəflərin dəqiq atəşlə məhv edilməsinə yönəldilib.
Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı paylaşdığı şəxsi fikirlər məxfilik rejiminin pozulmasına və ən əsası hərbi qulluqçularımızın həyatına təhlükə yarada bilər. Bu məsələni nəzərə alaraq, bir daha sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini yalnız Ali Baş Komandanımızın ictimaiyyətə çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.
“Sonda yeni uğurlar münasibətilə ordu rəhbərliyi adından xalqımızı bir daha təbrik edirik. Əmin edirik ki, ordumuz işğal altında qalan digər torpaqlarımızı da tezliklə və mütləq şəkildə azad edəcək. Qələbə bizimlədir”, - deyə polkovnik-leytenant Anar Eyvazov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

