BDU respublikada və regionda liderliyini qoruyub saxlayır
19.03.2010 [09:47]
Dünən BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib. İclasdan əvvəl universitetin foyesində 2009-cu il ərzində fakültələrin dərc etdiyi elmi əsərlərdən ibarət sərgi nümayiş olunub.
Sonra akt zalında davam etdirilən, AMEA-nın Rəyasət Heyətinin, BDU-nun Elmi Şurasının üzvlərinin və tanınmış alimlərin iştirak etdiyi iclası universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açıb. Rektor Azərbaycan təhsilinin dinamik inkişafı, bacarıqlı, bilikli, peşəkar kadrların hazırlanması, elmi potensialının gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Akademik Abel Məhərrəmov 2009-cu il noyabrın 2-də universitetin 90 illik yubileyinin keçirilməsini, Prezident İlham Əliyevin Sərəncamı ilə 107 nəfər professor-müəllim heyətinə fəxri adların verilməsini çox əhəmiyyətli hadisə hesab edib. Eyni zamanda, ötən ildə yerinə yetirilmiş elmi tədqiqat işləri sahəsində də uğurlu nəticələrin əldə edilməsini xüsusi qeyd edib və bu haqda daha ətraflı məlumat vermək üçün sözü Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevə verib.
Bakı Dövlət Universitetinin 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparıldığını bildirən professor İsmayıl Əliyev universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 82 monoqrafiya, 64 kitab, 73 dərslik, 86 dərs vəsaiti, 2732 məqalə, o cümlədən, 2081 məqalənin respublikada, 651 məqalənin xaricdə, 1874 tezis, o cümlədən, 769 tezisin respublikada, 1105 tezisin xaricdə, 101 metodik göstərişin, 377 proqramın nəşr edildiyini xüsusi vurğulayıb. O, qeyd edib ki, xaricdə nəşr olunmuş 651 məqalənin 380-i təbiət elmləri, 271-i isə humanitar elmlər üzrədir. Məqalənin 103-ü, yəni, bütün xaricdə nəşr olunmuş məqalələrin 15,8 faizi, A, B və C kateqoriyalı jurnallarda çap olunub: A kateqoriyalı jurnallarda 12 məqalə, B kateqoriyalı jurnallarda 10 məqalə, C kateqoriyalı jurnallarda 81 məqalə. A və B kateqoriyalı jurnallarda çap olunmuş məqalələr fizika, riyaziyyat, kimya, coğrafiya, tarix və şərqşünaslıq sahələrində, C kateqoriyalı jurnallarda nəşr olunmuş məqalələr kimya, biologiya, fizika, riyaziyyat və tətbiqi riyaziyyat sahələrini əhatə edir.
Onun sözlərinə görə, 2009-cu ildə universitetdə 1570 nəfər professor-müəllim heyəti və elmi işçi çalışıb. Onlardan 14-ü Milli Məclisin deputatı, 8 nəfəri AMEA-nın həqiqi, 15 nəfəri müxbir üzvü, 36-sı Əməkdar elm xadimi, həmçinin, 4 nəfəri dövlət mükafatı laureatı, 349 nəfəri elmlər doktoru, 860 nəfəri elmlər namizədi, 567 nəfəri dosentdir.
Professor İsmayıl Əliyevin sözlərinə görə, BDU əməkdaşları tərəfindən 12 ixtiraya müsbət rəy və 12 patent alınıb, onlardan 8-i BDU-nun sahibliyi ilə alınmış patentlərdir. Hesabat ilində universitetin əməkdaşları 30 ölkədə keçirilmiş bir sıra Beynəlxalq Konfrans və Simpoziumlarda iştirak ediblər. Eyni zamanda, universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq qrant proqramlarında iştirakdan da bəhs edən professor İsmayıl Əliyevin sözlərinə görə, 2009-cu il elmi tədqiqat işlərinin yerinə yetirilməsi baxımından çox uğurlu olub.
çıxış edən alimlər fikir və təkliflərini bildiriblər. Sonra müzakirələr aparılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Elm və təhsildə fərqlənən alim və müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Tədbirin sonunda Elmi Şura bir sıra məsələlərlə bağlı qərarlar qəbul edib. Belə ki, bir qərara əsasən, “Neft sənayesində nanotexnologiyalar” fundamental tədqiqat əsəri BDU tərəfindən Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim ediləcək. Digər qərara görə isə, BDU-da universitet məzunlarının ixtisasartırmasına və ixtisasdəyişməsinə şərait yaradacaq Əlavə Təhsil Mərkəzi yaradılıb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

