KİVDF Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
18.03.2010 [10:18]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Fondun sədri Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışıb, Azərbaycan dövlətinin mətbuatın inkişafına daim diqqət və qayğı göstərdiyini, bu istiqamətdə müxtəlif proqram və layihələrin həyata keçirildiyini bildirib. Fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsinin də məhz həmin layihələrin tərkib hissəsi olduğunu diqqətə çatdıran Fondun sədri deyib ki, Azərbaycan mətbuatının 135 ilik yubileyi ərəfəsində daha bir neçə layihə reallaşdırılacaq.
V.Səfərli deyib ki, müsabiqəyə 7 nominasiya üzrə 49 yazı təqdim olunub. Müstəqil ekspertlərdən ibarət münsiflər heyəti onların 15-ni mükafata layiq görüb.
Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini faktlarla diqqətə çatdırıb. Ə.Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun da əsas məqsədi milli jurnalistikamızın inkişafına kömək göstərməkdir. Jurnalistləri Novruz bayramı münasibətilə təbrik edən, onlara yeni yaradıcılıq uğurları arzulayan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən hər il maliyyə vəsaiti ayrılır və bu siyasət bundan sonra da davam etdiriləcək.
Münsiflər heyətinin üzvü, yazıçı-publisist Ramiz Əsgər deyib ki, ekspertlər əsasən Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasəti haqqında həqiqətlər, qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli mənəvi dəyərlərinin qorunması və təbliği, Novruz bayramı, eləcə də ekologiya, rabitə, informasiya və kommunikasiya texnologiyalarının, təhsilin inkişafı, regionlarda dövlət proqramlarının icrası barədə mövzular üzrə yazılara üstünlük verib.
Daha sonra qaliblərə mükafatlar təqdim olunub. Mükafatları Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təqdim ediblər.
Tədbir Novruz münasibətilə təşkil olunmuş bayram şənliyi ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39

