Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir
01.10.2020 [09:35]
İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. İtirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib və Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Lakin düşmənin bu fəaliyyətinin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 30-da keçirilən brifinqdə deyib.
A.Eyvazov bildirib ki, az əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb. Azərbaycan Ordusunun dəqiq atəş zərbələri ilə Ermənistan ordusunun Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığındakı 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Düşmənin cəbhənin Cəbrayıl rayonu istiqamətində döyüş texnikaları məhv edilib. Ermənistan silahlı bölmələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru ağır artilleriya atəşinə tutulub. Həmçinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağ atıcı alayının qərargahına zərbə endirilib.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, əks-hücum əməliyyatı başlayandan indiyədək düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən artıq avtomobil texnikası məhv edilib.
Hazırda cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan Ermənistan silahlı qüvvələri bölmələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam edir. Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların təxliyəsini təşkil etməkdə aciz qalıb.
Anar Eyvazov qeyd edib ki, işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində döyüşlərdə əldə edilən qələbələr xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edərək əsgərlərimizlə birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiklərini bildiriblər.
Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə onlara təşəkkür edir və döyüşlərə qoşulmaq istəyən hər kəsə dərin minnətdarlığımızı çatdırırıq. Onların aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə edirik. Qələbə bizimlədir!
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

