Karl Öllinqer: İqtisadi artımın səviyyəsi Azərbaycanda gedən güclü inkişafa bariz nümunədir
10.03.2010 [10:34]
Yaxın vaxtlarda - Avstriyanın Azərbaycanda səfirliyi açılandan sonra ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edən Karl öllinqer, regionun aparıcı ölkəsi olan Azərbaycan ilə Mərkəzi Avropanın qabaqcıl dövləti Avstriya arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib. Azərbaycan ilə Avstriya arasında əlaqələr qədim tarixə malikdir. Dünya müharibələri, soyuq müharibə dövrü, Avropanı iki cəbhəyə ayıran “dəmir pərdə”, sovet rejimi regionlararası əlaqələrdə fasilə yaratsa da, hazırda ərazi və əhalicə eyni böyüklüyə malik ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.
İqtisadi sahədə geniş potensialın olduğunu diqqətə çatdıran K.öllinqer, eyni zamanda, mədəniyyət, elm və humanitar sahələrdə də əməkdaşlıq və mübadilənin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Yaşıllar Partiyasının təmsilçisi kimi alternativ enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha sürətlə inkişafını arzu edirəm. çünki Azərbaycan günəşli ölkədir və Bakı şəhərinə də “küləklər şəhəri” deyildiyini bilirəm. Bu sahədə Avstriya müasir texnoloji imkanları Azərbaycana təqdim edə bilər”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı üçün gələcəkdə daha böyük əhəmiyyət kəsb edəcəyini bildirən K.öllinqer deyib ki, Qərb ölkələri müxtəlif kəmər layihələri barədə uzun-uzadı danışıqlar aparmaq və tərəddüd göstərməkdənsə, konkret fəaliyyətə keçməlidirlər. Avropa üçün NABUCCO qaz kəməri layihəsinin reallaşması çox əhəmiyyətlidir. Lakin çox tərəddüd göstərməyimiz Azərbaycan kimi ölkələri haqlı olaraq digər enerji marşrutlarını nəzərdən keçirməyə sövq edir.
Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubiley tədbirlərində iştirakını məmnuniyyətlə xatırlayan K.öllinqer ölkədə gedən quruculuq işləri və inkişaf prosesindən təkcə onun deyil, bütün xarici qonaqların heyran qaldıqlarını bildirib: “Nəhəng tikinti meydançasını xatırladan Bakıda gedən inşaat və quruculuq işləri bütün qonaqlar kimi, məndə də heyranlıq doğurmuşdur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində əldə edilən iqtisadi artımın göstəriciləri bizim üçün təsəvvür edə bilməyəcəyimiz dərəcədə yüksək idi və bu, ölkədə güclü iqtisadi inkişafın getdiyinə bariz nümunədir”.
Təəssüf ki, Ermənistanın hərbi təcavüzü və ölkədə yüz minlərlə qaçqın və məcburi köçkünün olması iqtisadi inkişafın tam sürətlə irəliləməsinə əngəl törədir, gənc respublikanın qarşısına həllini gözləyən əlavə məsələlər çıxarır. Cənubi Qafqaz üzrə parlament işçi qrupu mürəkkəb geosiyasi məkanda yerləşən regionda mövcud münaqişələrlə bağlı vəziyyəti Avstriya parlamentinə düzgün şəkildə çatdırmağa çalışır. Avstriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə riayət etməklə beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT çərçivəsində dinc yolla nizamlanmasına çalışır. Müsahibim deyib: “İndiyədək münaqişənin bir çox həll variantı müzakirə edilmişdir. Şəxsən hesab edirəm ki, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması təmin edilmədən istənilən həll variantı yolverilməzdir”.
Cənubi Qafqaz üzrə parlament işçi qrupunun rəhbəri kimi regiondakı ölkələrə müxtəlif illərdə səfər etdiyini qeyd edən K.öllinqer Ermənistan qədər səfalət və yoxsulluq içində olan ölkəyə rast gəlmədiyini söyləyərək demişdir: “ATƏT-in missiyası çərçivəsində Ermənistanda seçkiləri izləyərkən, Yerevandan şimalda yerləşən rayonlarda əhalinin yaşayış səviyyəsini, bərbad infrastrukturu müşahidə edəndə insanda depressiv hisslər yaranırdı”.
Deputat bildirib ki, zəngin mədəniyyət və qədim adət-ənənələrə malik Azərbaycandan öyrəniləsi çox şeylər vardır. çoxsaylı xalqların və müxtəlif dinlərə tapınan insanların Azərbaycanda dinc birgəyaşayışı Avstriya üçün örnək ola bilər.
Xəbər lenti
Hamısına baxİdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17

