/ / Minsk qrupunun həmsədrləri Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi faktına dərhal reaksiya verməlidirlər
Minsk qrupunun həmsədrləri Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi faktına dərhal reaksiya verməlidirlər
01.09.2020 [09:13]
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib. Bu, çox qorxulu tendensiyadır və beynəlxalq hüquqa ziddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bunun hər şeydən əvvəl, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna zidd olduğunu xatırladıb. Onun sözlərinə görə, bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.
Deputat diqqətə çatdırıb ki, ikinci təhlükəli məsələ isə ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi məsələsi gündəmə gəlib. Bu, o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunması qanuniləşəcək və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terrorçular cəlb ediləcək. Ona görə də bu iki fakt arasında əlaqə qurduqda belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terrorçular ola bilər. Çünki Livan daim terrorçuların məskunlaşdığı, yerləşdirildiyi və yetişdirildiyi bir məkandır. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA məhz Livanda yaradılıb. Hazırda da bu klassik ənənə davam etməkdədir.
Deputat vurğulayıb ki, əslində burada iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Birincisi, qeyri-qanuni məskunlaşma, ikincisi isə Cənubi Qafqaza terrorçuların gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi. Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Əgər onlar regionda doğrudan da gərginliyin daha da artmasını istəmirlərsə, problemi sülh yolu ilə həll etmək istəyirlərsə bu cür addımların qarşısını almalı, işğalçı ölkəyə təzyiq etməlidirlər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55

