Əli Əhmədov: ATƏT-in Minsk qrupu öz mövqeyini ortaya qoymalıdır
14.07.2020 [09:15]
“Paşinyan hakimiyyəti öz diktatura rejimini xalqın artmaqda olan qəzəbindən sığortalamaq üçün Azərbaycanla sərhəddə təxribat törətdi. Biz Ermənistan hakimiyyətinə xas olan xaincəsinə hücumun şahidi olduq. Sevindirici haldır ki, Azərbaycanın Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin layiqli cavabını verdi”.
Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov REAL TV-yə müsahibəsi zamanı deyib.
Əli Əhmədov bildirib ki, rəşadətli ordumuz, qəhrəman hərbçilərimiz Ermənistan tərəfinə böyük zərbələr vurdu və işğalçılar böyük itikilərə məruz qaldılar: “Düşünürəm ki, ermənilər belə bir təxribatı törətmələrindən ən azı peşiman olmağa məcbur olublar. Çünki şəhidlərimizin qanı yerdə qalmayıb, erməni təxribatına sarsıdıcı zərbə vurulub”.
Baş Nazirin müavini qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini, ölkəmizin nüfuzunun artmasını, ayrı-ayrı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etməsini həzm edə bilmir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assamleyasının xüsusi sessiyasının çağırılması haqqında qərarın qəbul olunması da Azərbaycanın beynəlxalq aləm üçün nə qədər əhəmiyyətli ölkə olmasından xəbər verir. Ermənistan isə bunun əvəzini sərhəddə təxribat törətməklə və bunun günahını Azərbaycanın üzərinə atmaqla ölkəmizin dünya birliyində mövqeyini zəiflətməyə çalışır. Amma bütün bunlar xülyadır.
Azərbaycanın istənilən təxtibatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə malik olduğunu deyən Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistanın təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib.
“Bu, beynəlxalq birliyə, o cümlədən ATƏT-in Minsk qrupuna bir mesajdır ki, Azərbaycan heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, torpaqlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək. Azərbaycan cəmiyyətinin və hakimiyyətinin Minsk qrupunun fəaliyyəti ilə bağlı narahatçılığı dəfələrlə ifadə edilib. Münaqişənin indiyə kimi həll olumaması ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin aydın ifadəsidir. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyonun insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməyib. Təcavüzün olduğu halda, təcavüzkarın adını çəkmədən bu təcavüzün aradan qaldırılması mümkün deyil. Ona görə də, ATƏT-in Minsk qrupu aydın şəkildə öz mövqeyini ortaya qoymalıdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55

