Ermənistan dövləti məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır
02.03.2010 [08:03]
Bu günlərdə işğalçı Ermənistanla bağlı maraqlı bir xəbər yayılıb. Xəbərə görə, Moskvanın meri Yuri Lujkov Yerevanda 184 hektar ərazidə biznes mərkəzinin tikintisi üçün 6 milyard dollar sərmayə qoymaq qərarına gəlib. Məlumatda o da vurğulanır ki, məhz bu qərardan sonra Yerevanın meri yerli sakinlərə mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. Yəni, 184 hektarlıq ərazi artıq rəsmi şəkildə Rusiyaya satılır...
Beləliklə, bu xəbər işğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Ermənistanın tamamilə Rusiyanın nəzarəti altına keçməsini bir daha təsdiqləyir. Əslində, hər zaman özünü Rusiyanın for-postu sayan Ermənistanda vəziyyətin ümumiyyətlə, acınacaqlı olması kimsəyə sirr deyil. O baxımdan ki, bu ölkədə iqtisadi tənəzzül bütün dünya dövlətləri, o cümlədən, MDB dövlətləri arasında ən yüksək səviyyədədir. Burada iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada cüzi bir inkişaf hiss olunsun. Əksinə, işğalçı ölkədə bütün sahələr üzrə sürətlə geriləmə müşahidə edilir. Məsələn, 2009-cu ildə Ermənistanda gəlirlərin həcmi əvvəlki illə müqayisədə 25 faiz azalıb. Bu isə öz növbəsində onu göstərir ki, Ermənistan hakimiyyəti 2010-cu il üçün heç bir iqtisadi inkişaf proqramına malik deyil.
İkinci bir tərəfdən, artıq genefondu tükənmək üzrə olan Ermənistanda təbii artım məsələsi də sual altındadır. Ekspertlərin rəyinə əsasən, bu gün Ermənistanda kişilərin böyük əksəriyyəti 25 yaşdan sonra prostatdan əziyyət çəkir. Bu isə ölkədə sonsuzluğun geniş şəkildə yayılmasına gətirib çıxarıb.
Əlindəki “oyuncaq” dövlətin düşdüyü vəziyyəti əndişə ilə müşahidə edən Rusiya isə çıxış yolunu bütövlükdə Ermənistanı satın almaqda görür. Məhz bu səbəbdən də son illərdə Ermənistanda iqtisadiyyatın aparıcı sahələrinin, ölkənin əsas infrastrukturlarının rusiyalı oliqarxların əlinə keçməsi müşahidə olunur. Hazırda Ermənistan iqtisadiyyatının bütün strateji sahələri Rusiyanın özəl və ya dövlət şirkətlərinin nəzarətindədir. Buna misal olaraq metallurgiyanı, energetikanı, telekommunikasiyanı, dəmir yolları sistemini, aqrar-sənayeni və hərbi sənaye kompleksini göstərmək olar. Ermənistanı təbii qazla təchiz edən “Armrusgazprom”un səhmlərinin 45 faizi Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. Yeni nüvə enerjisi mərkəzinin tikilməsi işini “Rusatom” öz üzərinə götürüb. Rusiya ilə Ermənistanın qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollar civaındadır. Bütün bunlara Rusiyada işləyərək ölkəsinə hər il milyon dollarlarla pul göndərən 1.8 milyon erməninin olması faktını da əlavə etsək, Ermənistanın Rusiyadan iqtisadi baxımdan nə dərəcədə asılı olduğu ortaya çıxar.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün işğalçı Ermənistanda vətəndaşların kütləvi şəkildə ölkəni tərk etməsi faktı da mövcuddur. İşğalçı ölkə həmin məsələyə görə, Cənubi Qafqazda birinci yerdə dayanır. Bu isə ölkədə hökm sürən siyasi və iqtisadi xaosdan irəli gəlir. 2009-cu ilin oktyabrına olan məlumata görə, hər erməni ailəsinin ən azı bir üzvü işləmək üçün xarici dövlətə üz tutub.
Bütün bu faktlar isə bir daha göstərir ki, artıq Ermənistanın varlığı sual altındadır. Dövlətini idarə edə bilməyən, ərazisini qarış-qarış xarici ölkələrə satan Ermənistan artıq illərdir ki, öz dövlət büdcəsini xarici ianələr hesabına formalaşdırır. Ermənistanın bu vəziyyətə düşməsinin ən böyük səbəbi isə onun işğalçı siyasət yeritməsidir. Başqalarının mənafeyi üçün apardığı işğalçı siyasətə görə bölgədə reallaşan bütün qlobal miqyaslı layihələrdən kənarda qalan, özünü böyük iqtisadi inkişafın kənarında saxlayan, işğalçılıq xisləti ucbatından qonşularla dinc münasibətlər qurulmasından təcrid olunan Ermənistan artıq son nəfəsini vermək üzrədir. Düzdür bir sıra maraqlı qüvvələr süni nəfəs vasitəsilə can verməkdə olan Ermənistanı xilas etməyə çalışır. Lakin bu cəhdlərin hansısa müsbət nəticə verəcəyi mümkün deyil. çünki Ermənistan özünün yaratdığı situasiyanın girovuna çevrilib...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

