Xalq Yaradıcılığı Paytaxtları elan olundu
25.02.2010 [09:39]
Dünən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının icrası istiqamətində görülmüş işlər haqqında mətbuat konfransı keçirilib. Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə son 3-4 il ərzində mədəniyyət sahəsində əldə olunan uğurlardan danışıb. Nazir Azərbaycan mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq aləmdə təbliği işində Heydər Əliyev Fondunun fəaliyyətini alqışlayıb, qurumun mədəniyyətimizə bəxş etdiyi töhfələri əvəzsiz sayıb.
Sonra o, “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” ili çərçivəsində təşkil olunan yüksək səviyyəli tədbirlərdən söhbət açıb. Bu beynəlxalq layihəni Azərbaycan xalqının, mədəniyyətinin uğuru kimi qiymətləndirib: “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” ili çərçivəsində keçirilən tədbirlər şəhərin görkəmindən tutmuş, mədəniyyət ocaqlarında gedən islahatlaradək və ən əsası şəhər sakinlərinin təfəkkürünə, mənəviyyatına müsbət təsir göstərdi. 2018-ci ildə isə Naxçıvan-İslam Mədəniyyətinin Paytaxtı elan olunb. Bu, ölkəmiz üçün böyük uğurdur”.
Daha sonra nazir diqqətə çatdırıb ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, 2010-cu ildə Gəncə-Azərbaycanın əfsanələr paytaxtı, Qazax - folklor paytaxtı, Şəki isə sənətkarlıq paytaxtı elan olunub. Nazirin sözlərinə görə, sözügedən proqram Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatların bir hissəsidir. Ə.Qarayev deyib ki, hazırda Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası, qeyri-maddi mədəni abidələrin İnventar Pasportlaşdırılması, həmçinin, Muğam-tur, Aşıq-tur, Xalça-tur, Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması istiqamətində işlər aparılır. Bundan başqa, Azərbaycanın qeyri-maddi irs subyektlərinin informasiya bankı, bu sahəyə həsr olunan intangible.az ünvanlı veb-portalın yaradılması və digər konseptual proqramların icrası da diqqət mərkəzindədir.
Proqramın hazırlığına ötən ilin noyabrından başlandığını söyləyən mədəniyyət və turizm naziri 2010-cu il ərzində Gəncə şəhərində milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazax şəhərində xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində isə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri ənənələri ilə bağlı silsilə tədbirlərin keçirilməsinin daxil olduğu xüsusi tədbirlər planının təsdiq olunduğunu diqqətə çatdırıb.
TURANƏ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

