Siyavuş Novruzov: “Cərimələr kəskin artırılmasa, karantin rejiminin müddəti uzana bilər”
26.06.2020 [09:21]
“26 iyun tarixi ölkəmiz üçün çox əlamətdar bir gündür. Bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir”. Bunu SİA-ya YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir: “Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Əlamətdar gün münasibətilə ölkə Prezidentini, Birinci vitse-prezidentimizi, xalqımızı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyan Silahlı Qüvvələrimizin hən bir üzvünü ürəkdən təbrik edirəm, bu müqəddəs işlərində uğurlar arzulayıram”.
Siyavuş Novruzov ölkəmizin koronavirus (COVİD-19) pandemiyası ilə apardığı mübarizə məsələsinə də toxunaraq deyib ki, Azərbaycan bu gün iki cəbhədə müharibə aparır, biri torpaqlarımıza təcavüz etmiş işğalçı Ermənistanla silahlı müharibə, digəri isə gözlə görünməyən, amma vətəndaşların sağlamlığını əlindən alan, ölümünə səbəb olan koronavirusla topsuz-tüfəngsiz müharibə: “Əslində, mahiyyət etibarilə ikisi də eynidir. Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, bir çox ölkələrə örnək göstərilir. Xüsusilə də, dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığı, təhlükəsizliyi və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda, bu kontekstdə qlobal səylərini əsirgəmədiyini göstərir. Bu həm də onun ifadəsidir ki, humanizm dəyərləri və ənənələrinə əsaslanan Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticələri vətəndaşlar tərəfindən olduqca yüksək dəyərləndirilir. Dövlətimizin başçısına mütəmadi olaraq ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapan fikirlər də bunun bariz təzahürüdür”.
Amma bütün bunlara baxmayaraq bu gün karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunmamasına görə sərt qaydaların tətbiq olunmasının zərurətə çevrildiyini deyən Milli Məclisin Komitə sədri bildirib ki, cərimələrin artırılması ilə vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. Əks halda ciddi itkilərin olması gözlənilir: “İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmir. Bu baxımdan da, vətəndaşların qaydalara əməl etməməsi, görülən tədbirləri effektsiz edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə, o zaman insanlar vəziyyətin ciddiliyini başa düşər. Baxmayaraq ki, cərimələr tətbiq olunur, amma görünən odur ki, hazırki cərimənin miqdarı insanlara vəziyyətin ciddiliyi dərk etdirmir. Bu baxımdan düşünürəm ki, cərimələri daha da artırmaq lazımdır, bəlkə insanlar vəziyyətin ciddiliyini bundan sonra dərk edib, qaydalara əməl edərlər. Vətəndaşlarımız qaydalara əməl etməməklə Azərbaycan Respublikasının Konstitusiyasının 5 maddəsini pozmuş sayılırlar. Bu məsələ hər bir şəxsin fərdi məsələsi deyil, bu ümumilikdə millətin məsələsidir. Burada başlıca olaraq millətin taleyindən, dövlətin, ailənin təhlükəsizliyindən söhbət gedir. Karantin rejiminin yumşalması ilə yanaşı, şəhərdə tibbi maska taxanların da sayı azalıb. Müşahidələr göstərir ki, əhalidə sanki arxayınlıq yaranıb, küçədə, marketlərdə, avtobuslarda və ya digər məkanlarda sosial təcrid qaydalarına demək olar əməl edilmir. Halbuki mütəxəssislər yoluxmanın ikinci dalğasının başlaya biləcəyinə dair xəbərdarlıq edirlər.
Qərb ölkələrində ictimai yerlərlə bahəm, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir. Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da ştatlardan fərqli olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir. Qətərdə ctimai yerlərdə maska taxmaq məcburidir. Qaydanı pozmaq həbs və ya çox iri məbləğdə cəriməyə səbəb olur. Üz maskası taxmamaq cəzası 200 min riyal (təxminən 55 min dollar) cərimə və ya üç il müddətinə azadlıqdan məhrumetmə ilə şərtləndirilə bilər. Amma Azərbaycanda vəziyyət tamam başqadır və insanlar da bu yumşalma tədbirlərindən sui-istifadə hallarına yol verir. Bu mənada hesab edirəm ki, əgər Azərbaycanda rəqəmlər artım tempi ilə davam etsə, karantin rejimi daha da ağırlaşmalı, cərimələr artırılmalıdır. Yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

