/ / Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrdən danışılıb
Milli Məclisdə keçirilən görüşdə Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrdən danışılıb
05.06.2020 [08:58]
İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BQXK arasında əlaqələrin tarixindən danışılıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənib, yeni müstəviyə qədəm qoyub. Söhbət zamanı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlanması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qorunması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycana təcavüzü, əzəli torpaqlarımızın zəbt olunması nəticəsində 1 milyondan çox soydaşımızın məcburi köçkün olmasını, Ermənistanın apardığı təcavüzkar siyasətin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə zidd olmasını qonaqların diqqətə çatdırdı. Bununla yanaşı, o, 2014-cü ildə Azərbaycanın tarixi torpağı olan Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsassız olaraq tutulması, hazırda qondarma rejim tərəfindən həbsdə saxlanması, onlarla qeyri-insani rəftar olunması barədə narahatçılığını da dilə gətirib.
Söhbət zamanı qonaqlara itkin düşmüş şəxslərlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər, Milli Məclisdə hazırlanan qanun layihələri barədə məlumat verilib, bu sahələrdə birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

