/ / YAP İcra Katibliyində “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda videokonfrans keçirilib
YAP İcra Katibliyində “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda videokonfrans keçirilib
23.05.2020 [13:51]
Mayın 23-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 28 May - Respublika Gününə həsr olunmuş “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir. Baş Nazirin müavini deyib ki, 1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü.
Əli Əhmədovu sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, onun tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoyub getdi, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha gələcəkdə Azərbaycanın müstəqilliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünki 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.
Əli Əhmədov bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi. Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib”.
Baş Nazirin müavini deyib ki, işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır. YAP Sədrinin müavini söyləyib ki, bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır.
Daha sonra Milli Məclisin deputatları, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Anar İsgəndərov, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa çıxış edərək Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki əhəmiyyəti, onun varisi olan bugünkü müstəqil Azərbaycanın uğurları haqqında fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

