Əli Həsənov: Zəmanət olsaydı, Azərbaycan çoxdan KTMT-nin üzvü olardı
13.02.2010 [09:17]
İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfəri zamanı Türkiyəni tənqid etməsini və bu səfərin Azərbaycan-İran münasibətlərinə mənfi təsir edəcəyi barədə dünya mediasında səslənən fikirləri şərh edən Əli Həsənov bildirib ki, Azərbaycan tam müstəqil siyasət yürüdən və Cənubi Qafqazda lider olan bir ölkədir: “Azərbaycan rəhbərliyinin kiminlə görüşür, nəyi müzakirə edir - bütün bunların digər dövlətlərin maraqları ilə heç bir əlaqəsi yoxdur. Bu məsələdə heç bir ölkənin Azərbaycanı ittiham və tənqid etmək hüququ yoxdur. Biz həmişə bəyan etmişik ki, digər dövlətlərin maraqlarını sıxışdırmağa yönəlmiş siyasət yürütməkdən uzağıq. Azərbaycan həmişə öz milli maraqlarına söykənən və müttəfiqlərinin ümumi maraqlarını nəzərə alan siyasət yürüdür. Bu kontekstdə Azərbaycan İsraillə münasibətləri inkişaf etdirməkdə davam edir. Bu o demək deyil ki, biz beynəlxalq arenada İsrailin bütün addımlarını dəstəkləyəcəyik. Xatırladım ki, Azərbaycan Qəzza sektorunda baş verən hadisələri sərt şəkildə tənqid etmişdi. Biz həmişə beynəlxalq hüquqa zidd olan, antihumanist addımları ciddi tənqid etmişik, amma eyni zamanda İsrailin bütün dünyada sülh və stabilliyin bərqərar olmasına yönəlik siyasətinə tam dəstək vermişik. Əminəm ki, Azərbaycan bu kontekstdə düzgün siyasət yürüdür”.
İsrail xarici işlər nazirinin səfərindən sonra Azərbaycanın bu ölkədə səfirliyinin açılması məsələsinin nə dərəcədə real olduğu barədə sualı cavablandıran Əli Həsənov bildirib ki, səfirliyin fəaliyyətə başlayacağı tarixi dəqiq söyləyə bilməz: “Amma tam əminliklə bəyan edirəm ki, İsraildə Azərbaycan səfirliyi açılacaq”. Prezident Administrasiyasının rəsmisi Türkiyənin Ermənistanla sərhədləri Azərbaycan torpaqları işğaldan azad olunmazdan əvvəl açacağı barədə ekspertlərin rəyinə də münasibət bildirib: “Biz əminik ki, Türkiyə rəhbərliyi Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları azad olunmayınca bu ölkə ilə sərhədləri açmayacağı barədə verdiyi vədə əməl edəcək. Əminik ki, Azərbaycan torpaqları işğaldan tam azad edilməyənə, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmayana qədər Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa yönəlmiş siyasəti uğurla nəticələnməyəcək. çünki Azərbaycan torpaqlarının işğalına son qoyulmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Cənubi Qafqazda əməkdaşlıq mühitinə heç bir müsbət təsir göstərə bilməz. Cənubi Qafqazda sülh və tərəqqiyə nail olunması üçün qapalı sərhədlərin qalmaması çox vacibdir. Əks təqdirdə vəziyyəti yaxşılaşdırmağa yönəlmiş bütün cəhdlər iflasa məhkumdur. Bunu Türkiyədə də yaxşı anlayırlar”.
Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasının zəruriliyi barədə səslənən fikirlərə də münasibət bildirib: “Bəs kim qarantiya verir ki, əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olarsa, Ermənistan işğal etdiyi əraziləri tərk edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq? Axı heç kəs belə zəmanət vermir. Əgər belə bir zəmanət olsaydı, Azərbaycan çoxdan bu təşkilatın üzvü olardı. Biz həmçinin Ermənistanla - bizim torpaqlarımızı işğal edən ölkə ilə bir sırada dura bilmərik. Əgər işğalçı ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv qəbul ediblərsə, niyə heç kim buna etiraz etmir? Niyə işğalçıya təzyiq göstərmirlər? Belə olan təqdirdə biz işğalçı dövlətlə niyə bir sırada dayanmalı, bir blokda təmsil olunmalıyıq? Belə olan təqdirdə kollektiv təhlükəsizlik məsələlərində Ermənistanla Azərbaycanı hansı məsələlər birləşdirə bilər? Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bəyan edir ki, təşkilata üzv ölkələrin məruz qaldığı münaqişələrə müdaxilə etmək niyyətində deyil. O zaman meydana belə bir sual çıxır: Bu təşkilat Azərbaycanı kimdən müdafiə etməyə çalışır? Hələlik heç kəs bu suala ağıllı cavab vermir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37

