Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstanlı jurnalist: Seçici axını və yüksək fəallıq müşahidə etdim

Macarıstanlı jurnalist: Seçici axını və yüksək fəallıq müşahidə etdim

10.02.2020 [12:02]

“Seçkilərlə bağlı araşdırma xarakterli məqalə hazırlamaq üçün Azərbaycana gəlmişəm. Təəssüratlarım yaxşıdır. Dörd məntəqədə oldum, seçici axını və yüksək fəallıq müşahidə etdim. Rəylərini öyrəndiyimiz seçicilər seçkiyə gəlməyi özlərinə borc bildiklərini deyirdilər. Xüsusilə, gənclər prosesə pozitiv yanaşırdılar”. Bu fikirləri fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərində fərdi müşahidəçi qismində iştirak edən macarıstanlı jurnalist Peter Dunai deyib.
Regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda iqtisadi artımın əhəmiyyətli dərəcədə irəlidə olduğunu deyən jurnalist respublikamızın açıq ölkə olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda gənc nəsil üçün üstünlüklər çoxdur. Jurnalist Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini, bunun isə müsbət xarakter daşıdığını bildirib. Jurnalist məqaləsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından da yazacağını vurğulayıb.

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31