MSK Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib
12.01.2010 [09:22]
MSK katibi Natiq Məmmədov isə bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32,4 faizi iştirak edib. Seçkilərdə irəli sürülən namizədlər, bələdiyyə yerləri ilə bağlı statistik məlumatları iclas iştirakçılarının diqqətinə çatdıran N. Məmmədov deyib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib və 31 minə yaxın namizəd iştirak edib: “Səsverməyə kimi və sonra bütün çatışmazlıqlar aradan qaldırılıb. Seçkilərin nəticələrinin vaxtında və sürətlə açıqlanması üçün bütün tədbirlər görülüb. Daxil olan protokollar qanunvericiliyə uyğun olaraq 20 gün müddətində araşdırılıb. Təəssüf ki, bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yaranıb. Bəzi məntəqə və dairə seçki komissiyalarının da fəaliyyəti qanunun tələblərinə uyğun olmayıb. Araşdırmalar zamanı bəzi məlumatların prokurorluq orqanları tərəfindən araşdırılması zərurəti də ortaya çıxıb.
Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələridir. Bu bələdiyyələrə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Buna görə də həmin bələdiyyələrə seçkilər baş tutmamış sayılıb.
ümumilikdə, 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb”.
N.Məmmədov bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib və materialların prokurorluğa təqdim ediləcəyini qeyd edib.
MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, seçkilərin keçirilməsində təmsil etdiyi qurum öz işinin öhdəsindən gəlib: “Seçkilərin lazım olan səviyyədə keçirilməsi üçün müvafiq qurumların, icra strukturlarının üzərinə də qanunda məsuliyyət qoyulub və bu iş birgə həyata keçirilib. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi var”.
Jurnalistlərin suallarını cavablandıran MSK sədri bildirib ki, yaxın günlərdə seçkilərin nəticələri partiyalar üzrə açıqlanacaq. O hazırda bu prosesin davam etdiyini və statistikanın hazırlandığını qeyd edib.
M.Pənahov bildirib ki, səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələr üzrə qanunvericiliyə uyğun olaraq 3 aydan sonra seçkilər keçiriləcək. M.Pənahov nəticələri ləğv olunmuş bələdiyyələrin sayının az olduğunu və bu seçkiləri keçirməyin ciddi problem yaratmayacağını qeyd edib.
İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17

