Azərbaycan-Qırğızıstan əlaqələri daha da möhkəmlənir
18.12.2019 [10:01]
Dekabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA-nın) 9-cu plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin Sədri ümidvar olduğunu bildirib ki, Qırğızıstan nümayəndə heyətinin ölkəmizə səfəri parlamentlərarası dialoqun daha da genişlənməsinə öz töhfəsini verəcək. Sədr TÜRKPA-nın tədbirləri çərçivəsində qonaqla görüşünü xatırlayaraq, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hər iki ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Biz iqtisadi, həmçinin həyatın digər sahələrində də əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik.
Sədr Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti plenar iclası barədə öz fikirlərini açıqlayaraq ötən illər ərzində bu qurumun mötəbər beynəlxalq təşkilata çevrilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib. Bildirilib ki, TÜRKPA təkcə ona üzv ölkələr üçün deyil, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Təşkilat türk xalqlarını maraqlandıran məsələlərin müzakirəsi və qarşıya qoyulan məqsədlərə çatmaq üçün gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox önəmlidir. Biz qurumun sıralarına yeni üzv ölkələrin qəbul olunacağına inanırıq.
Sədr Oqtay Əsədov Qırğızıstan nümayəndə heyətinə təşkilatın Bakıda keçiriləcək sessiyasının işində uğurlar arzulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekov ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi barədə aparılan müzakirəni yüksək dəyərləndirib. Qonaq deyib ki, müstəqil Azərbaycanın Milli Məclisində keçirilən bu görüş parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.
Dastanbek Cumabekov TÜRKPA çərçivəsində görülən işləri yüksək qiymətləndirərək qurumun növbəti sessiyasının türk birliyi üçün uğurlu olacağına inamını ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

