/ / Siyavuş Novruzov: AXC-“Müsavat” cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
Siyavuş Novruzov: AXC-“Müsavat” cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
23.11.2019 [10:56]
“AXC-“Müsavat” cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət və güc ritorikasını cəmiyyətdə onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi”. Bunu Trend-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı AXC-“Müsavat” hakimiyyətinin çirkin əməlləri haqda danılmaz faktları açıqladı.
S.Novruzov vurğulayıb ki, AXC-“Müsavat” cütlüyü Ulu Öndər Heydər Əliyevin həm beynəlxalq, həm də ölkədaxili nüfuzundan o dərəcədə qorxurdular ki, Onun rəhbərliyi ilə yaradılacaq Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək üçün Bakı şəhərində yer ayırmadılar: “Məlum olduğu kimi, 500-dən çox nümayəndə olduqca çətin şərtlər altında, blokada şəraitində olan Naxçıvana yollanaraq təsis konfransını orada keçirməyə nail oldu. Onlar hətta Heydər Əliyevin hüquqlarını müdafiə komitəsinin mətbuat konfransına o dövrün Daxili İşlər nazirinin himayəsində olan “Bozqurd”çuların basqınını təşkil edərək görkəmli akademiklərimiz Fərəməz Maqsudov və Ziya Bünyadova güc tətbiq etmiş, həbsə atmışdılar”.
Deputat vurğulayıb ki, ölkədə terror və qorxu mühiti yaratmaq üçün “xüsusi səlahiyyətlər” verilmiş o dövrün Daxili İşlər naziri İsgəndər Həmidovun müxalif partiyaların televiziya debatı zamanı studiyaya etdiyi basqın, müxalif partiya liderinin döyülərək avtomobilin yük yerinə salınması, baş redaktora qəzet yedizdirilməsi, cənub zonasında dinc sakinlərə qarşı həyata keçirilmiş “subtropik əməliyyatı” AXC-nin “demokratik idarəçiliyinin” yalnız bəzi nümunələridir: “Kriminogen durum o qədər gərginləşmişdi ki, başına 10 nəfər silahlı toplayan hər kəs Bakıda və əyalətlərdə hüququ və qanunu əvəz edirdi. İmkanlı şəxslərin evlərinə polis tərəfindən qanunsuz baxışlar həyata keçirilir, bəzən isə açıq şəkildə talanırdı.
Belə idarəçiliyin faciəli nəticələri özünü çox da gözlətmədi. Ermənistanla aparılan müharibədə ciddi məğlubiyyətlər və itkilər ard-arda gəlməyə başladı. 1993-cü ilin aprelində müharibənin sonrakı gedişatına birbaşa öldürücü təsir göstərəcək mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonu itirildi.
Bütün bu faciələrin birbaşa günahkarlarından olan Əli Kərimli indi “cəsarət”, “sədaqət” və s. bu kimi ali kateqoriyalardan dəm vurur.
Əvvəlcə “sədaqət” barədə. AXC hakimiyyətinin funksionerlərinin böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və ya əməkdaşları idi. Lakin hakimiyyətə gəldikdən sonra ilk işlərindən biri AMEA-nı bağlamaq və ləğv etmək istiqamətində cəhdlər göstərmək oldu. Yalnız ölkənin elmi ictimaiyyətinin ciddi etirazlarından sonra bu üzdəniraq təşəbbüsün qarşısı alındı. Yəqin ki, bu cəhdin səbəbi uzun illər bu qurumda çalışaraq ortaya heç bir sanballı elmi əsər qoya bilməyən cəbhəçilərin bu idarədən almaq istədikləri qisas hissindən qaynaqlanırdı.
Bəzən AXC-“Müsavat” cütlüyünün hakimiyyətdə olduğu bir ilin bütün əsas problemlərin mənbəyi kimi göstərilməsinə qarşı çıxılır. Halbuki, bəzən nəinki bir il, hətta bir ay və bir həftə belə bir xalqın tarixində taleyüklü rol oynaya bilər.
Əli Kərimlinin isə fərdi sədaqət hissini, yəqin ki, Azərbaycan cəmiyyətində bilməyən yoxdur. “Xəbərçilik” fəaliyyətinə BDU-da komsomol katibi olduğu zaman rektora göstərdiyi xüsusi xidmətlərlə başlayan bu şəxs dostlarını sataraq özünə karyera quranlardandır. Daha sonrakı mərhələdə mənsub olduğu siyasi təşkilatın qarşısında səcdə etdiyi liderinə xəyanət edərək onun haqqında mətbuata rüsvayedici məlumatlar ötürməyə başladı. Məqsəd onu devirib təşkilat rəhbəri olmaq idi. Sonradan zamanla bu pis vərdişini daha da “inkişaf” etdirərək, öz ölkəsindən Qərb dövlətlərinə və beynəlxalq təşkilatlara çuğulçuluq etməyə başladı. Görünür, bu xarakter onda daimidir və atalar demişkən, qozbeli qəbir düzəldər”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

