Elmin inkişafına ayrılan maliyyə vəsaitindən səmərəli istifadə etmək lazımdır
23.12.2009 [09:20]
Elmdə islahatlar aparmaq və elmin inkişafı üzrə strategiyanı müəyyənləşdirmək üçün çoxfunksiyalı fəaliyyət lazımdır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərin suallarını cavablandıran Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bildirib. Rektor deyib ki, elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmaq lazımdır. Dövlət tərəfindən elmin inkişafı üçün vəsaitin ayrıldığını deyən A.Məhərrəmov vurğulayıb ki, cari il Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bu islahatları həyata keçirmək üçün 17 milyon manat maliyyə vəsaiti ayrılıb: “Bunun 10 milyonu cihazların alınması, 7 milyonu isə elmin inkişafı istiqamətində dövlət proqramlarının həyata keçirilməsinə ayrılıb. Bunların bir qismi xərclənsə də, bir qismi hələ də qalmaqdadır. Amma mən hesab edirəm ki, 2010-cu ildə ayrılan bu vəsaitlərin hamısı xərclənməlidir. Əgər xərclənməsə biz inkişaf edə bilmərik”.
Abel Məhərrəmov, həmçinin, söyləyib ki, hazırda Milli Məclisdə “Elm haqqında” qanun layihəsi ilə bağlı iş gedir. Onun sözlərinə görə, yaxın vaxtlarda parlamentin yaz sessiyasında layihə geniş müzakirə olunaraq I oxunuşa çıxarıla bilər. Onun sözlərinə görə, “Elm haqqında” Qanun “Təhsil haqqında” Qanunla balanslı olmalı və bir-birini tamamlamalıdır. Millət vəkili vurğulayıb ki, “Təhsil haqqında” Qanundan irəli gələn “Ali təhsil qanunu”, “Orta təhsil sistemini idarə etmək üçün normativ” və digər hüquqi aktlar yaxın vaxtlarda hazırlanaraq Milli Məclisdə birinci oxunuşa çıxarılacaq. Azərbaycanlı tələbələrin xaricdə təhsili məsələsinə münasibət bildirən A.Məhərrəmov söyləyib ki, bu gün Azərbaycanda təhsil islahatlarının 3 əsas istiqaməti var. “Birincisi ölkədaxili islahatların aparılması, ikincisi Azərbaycan gənclərinin xaricdə ali məktəb təhsili aldıqdan sonra Azərbaycana qaytarılması məsələsidir. Mən hesab edirəm ki, azərbaycanlı gənclərin xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıtması istiqamətində əməli addımlar atılmalıdır. Göndərilən tələbələrin 99 faizi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sifarişi əsasında göndərilməlidir. Onlar qayıdandan sonra AMEA və ya ali təhsil ocaqlarında çalışmalıdırlar. Biz Avropa məkanına, qlobal cəmiyyətə inteqrasiya edirik. Əsas məqsəd də odur ki, oradakı elm, təhsil mühitini Azərbaycana gətirək. Bunu da yalniz xaricdə təhsil alıb ölkəyə dönən tələbələr gətirə bilər”, - deyə o əlavə edib. üçüncü məsələ isə ölkəyə qayıtdıqdan sonra onlar üçün elə maddi-texniki baza olmalıdır ki, xaricdə gördükləri cihazlarla burada da işləyə bilsinlər. 3 istiqamətin sintezi əsasında Azərbaycan elminin inkişaf strategiyası müəyyənləşməlidir.
Xəbər lenti
Hamısına baxSosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07

