/ / Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib
Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib
04.10.2019 [09:23]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Ölkəmizin AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü, həmçinin cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi hadisə kimi qiymətləndirib. Bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun yüksəlməsi ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.
Ölkəmizin AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi dövlətdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetlər sırasına daxil edib, bu sahədə bir çox qanun və qərarlar qəbul edib, beynəlxalq sənədlərə qoşulub. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri qadındır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbaycanda qadınlara seçki hüququ verilməsinin tarixindən və qadınların hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolundan danışıb. O, qadınlara seçki hüququ verilməsinin Cümhuriyyətin təsis sənədi olan İstiqlal Bəyannaməsində əksini tapmasına və bu hüququn qanunvericilikdə təsbit olunmasına dair tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri, həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakından və buna dair statistik məlumatlardan söz açıb.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov bildirib ki, Azərbaycanda insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsinə XX əsrin əvvəllərindən başlanılıb. Müsəlman dünyasında qızlar üçün ilk məktəbin açılması, “İşıq” jurnalının nəşri, mətbuatda qadın hüquqlarının qeyd edilməsi Azərbaycan cəmiyyətində qadınların aktiv iştirakını təcəssüm etdirib.
Elgün Səfərov müasir dövrdə ölkəmizdə qadınların cəmiyyətdə aparıcı qüvvə hesab edildiyini və onların sayının bələdiyyə sistemində 35 faiz, sahibkarlıqda 30 faiz, Milli Məclisdə 17 faiz təşkil etməsinə dair maraqlı faktlara toxunub.
Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova xatırladıb ki, BMT qadınların cəmiyyətdə rolunun artırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurla həyata keçirilməsi üçün vacib hesab edir. O, gender bərabərliyi məsələlərində DİM üzrə gənc səfir olduğunu qeyd edərək, qadınları dəstəkləyən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. A.İsmayılova gənc xanımların ölkəmizin ictimai həyatında iştirakının artdığını vurğulayıb və bu xüsusda öz nümunəsində bütün yaş qruplarından olan gənclərin iştirakı ilə həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

