/ / Naqif Həmzəyev: Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın daha da güclənməsinə xidmət edib
Naqif Həmzəyev: Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın daha da güclənməsinə xidmət edib
21.09.2019 [10:16]
“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
20-ci əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu sözlər 25 illik zaman qət edərək bu gün tam təsdiqini tapıb. Ulu Öndərin müdrikliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində Azərbaycan milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərə bilib.
Dahi şəxsiyyətin uğurlu strategiyası nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Hətta neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi.
1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etdi, ölkənin iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ən əsası isə, “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında parlaq gələcəyə olan ümid hissini artırdı.
Ulu Öndərin “Bizim gördüyümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, onun iqtisadi potensialını artırmaq üçündür” sözləri tarixin sınağından alnıaçıq çıxdı. Ümummilli Lider Heydər Əliyevin başlatdığı neft strategiyası müstəqil Azərbaycanda qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaratdı, ölkəmizi dünya iqtisadi sisteminə qoşdu, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqlini reallaşdırdı.
Ulu Öndərin təməlini qoyduğu siyasəti ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi. Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir.
20-ci əsrdən başlayan Ulu Öndər Heydər Əliyevin neft strategiyası zaman keçdikcə əsas məqsədinə nail olmağa başladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açan “Əsrin müqaviləsi” dünya neft bazarında öz yerini tutmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatında da iştirak etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə bizim ölkənin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa, indi mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir.
Prezident İlham Əliyevin iştirakı ilə müddəti 2049-cu ilədək uzadılan “Əsrin müqaviləsi”ndən gələn böyük gəlirlər sayəsində Azərbaycan bundan sonra da sürətlə və qətiyyətlə inkişaf edərək yeni zirvələr fəth edəcək.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

